Kənd təsərrüfatı məhsullarının istehsalı artdı

10:00 | 31.03.2016
Kənd təsərrüfatı məhsullarının istehsalı artdı

Kənd təsərrüfatı məhsullarının istehsalı artdı

2016-cı ilin yanvar-fevral aylarında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi faktiki qiymətlə 437,9 milyon manat təşkil edib ki, bu göstərici 2015-ci ilin analoji dövrü ilə müqayisədə 2,6% çoxdur.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) cari ilin yanvar-fevral ayları üçün açıqladığı hesabatda qeyd olunub.

Bu dövrdə bitkiçilik sahəsində məhsul istehsalı 4,5% artıb.

Hesabat aparılan dövr ərzində ölkədə 73,4 min ton ət, 290,1 min ton süd və 270,9 milyon ədəd yumurta istehsal olunub.

Ötən ilin analoji dövrü ilə müqayisədə ət istehsalı 1,5%, süd istehsalı 3,8%, yumurta istehsalı 4,7% artıb.

Hesabat dövründə yaz əkini artıq başlayıb və 2016-cı il martın 1-i üçün 50,8 min hektar ərazi artıq səpilib. Ötən ili analoji dövrü ilə müqayisədə bu, 6,4% çoxdur.

Hesabata əsasən, mövsüm başlayandan 30,1 min ton çoxillik bitki, 10,4 min hektar kartof, 7,5 min ton tərəvəz, 2,6 min ton taxıl və paxlalı bitki, eləcə də 100 hektar şəkər çuğunduru əkilib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM