Məktəbdə dəhşətli hadisə- 7 şagird öldü, Çoxlu sayda yaralı var - VİDEO

13:19 | 23.09.2019
Məktəbdə dəhşətli hadisə- 7 şagird öldü, Çoxlu sayda yaralı var - VİDEO

Məktəbdə dəhşətli hadisə- 7 şagird öldü, Çoxlu sayda yaralı var - VİDEO

 Keniyada məktəbdə faciə baş verib.
 
Anews.az xarici mediyaya istinadan xəbər verir ki, orta məktəbdə sinif otağı çöküb. Hadisə nəticəsində azı 7 şagird həyatını itirib, çoxlu sayda uşaq dağıntılar altında qalıb.

Ağac materialdan inşa edilmiş məktəbin sinif otağı dərs başlayandan cəmi bir neçə dəqiqə sonra çöküb. Məktəb direktoru bildirib ki, qəzanın səbəbi məktəbin yaxınlığında kanalzasiya boru xəttinin qurulması olub. Boru xəttinin inşası məktəbin bünövrəsini zədələyib.

Hal-hazırda xilasetmə işləri aparılır. Hadisə yerinə izdihamın yığılması xilasetmə işlərini daha da çətinləşdirir. 
 
Xoşbəxtlikdən uşaqların çoxu qəza baş verən an məktəbdən uzaqlaşdırılıb. Yaralı şagirdlərin bəziləri Keniya Qırmızı Xaç cəmiyyəti tərəfindən Nayrobidəki hospitala çatdırılıb.
 
Yerli sakinlər xilasetmə tədbirlərinin ləng həyata keçirilməsinə görə qəzəblidirlər.
 
Sosial şəbəkələrdə hadisə ilə bağlı şəkillər paylaşılıb. 


 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb