Kirayə evlərdən alınan vergi artırılacaq?

19:38 | 08.06.2016
Kirayə evlərdən alınan vergi artırılacaq?

Kirayə evlərdən alınan vergi artırılacaq?

Vergilər Nazirliyi son günlər bir sıra kütləvi informasiya vasitələrində nazirliyin fiziki şəxslərin daşınmaz əmlaklarının kirayəyə verilməsi ilə bağlı əldə etdiyi gəlirlərdən verginin dərəcəsinin 14%-dən 22%-dək artırılması və bu sahədə vergi qanunvericiliyinə dəyişikliklər edilməsi məqsədilə Nazirlər Kabinetinə müraciət etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə Vergilər Nazirliyindən bildirilib.

Qurum əmlakın kirayəyə və icarəyə verilməsindən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi ilə bağlı vergi dərəcələrində hər hansı dəyişikliklərin edilməsi, o cümlədən mövcud dərəcənin 14%-dən 22%-ə qaldırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət etməyib və bu məsələ ümumiyyətlə rəsmi dövlət qurumları ilə müzakirə olunmayıb.

Nazirlikdən qeyd olunub ki, qüvvədə olan Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən Azərbaycanda istifadə edilən daşınan və daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirlərdən 14% dərəcə ilə vergi tutulur. 

Kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş olunur ki, bu kimi həssas məsələlər barədə məlumat yaymazdan əvvəl Vergilər Nazirliyinin rəsmi mövqeyini dəqiqləşdirsinlər”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM