Klinsmann Cənubi Koreya yığmasının baş məşqçisi təyin olunub

21:00 | 27.02.2023
Klinsmann Cənubi Koreya yığmasının baş məşqçisi təyin olunub

Klinsmann Cənubi Koreya yığmasının baş məşqçisi təyin olunub

Yurgen Klinsmann Cənubi Koreya yığmasının baş məşqçisi təyin olunub.
 
Bu barədə Cənubi Koreya Futbol Assisiasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Almaniyalı mütəxəssis Asiya təmsilçisi ilə 3,5 il müddətinə müqavilə imzalayıb. Anlaşmaya əsasən, o, 2026-cı ildə keçiriləcək dünya çempionatının sonunadək komandaya başçılıq edəcək. Müqavilənin şərtinə görə, 58 yaşlı məşqçi bu müddət ərzində Cənubi Koreyada yaşayacaq.

Bu postda portuqaliyalı Paulu Bentunu əvəzləyən Klinsmannın debütü martın 24-də Ulsanda Kolumbiya millisinə qarşı keçiriləcək yoldaşlıq görüşünə təsadüf edəcək.

 Yurgen Klinsmann son olaraq 2019/2020 mövsümündə Almaniyanın "Herta" klubuna rəhbərlik edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb