Klintondan Putinə qarşı sərt ittiham

10:31 | 27.09.2016
Klintondan Putinə qarşı sərt ittiham

Klintondan Putinə qarşı sərt ittiham

Klinton bəyan edib ki, Putin hakerlərdən istifadə etməklə ABŞ-a qarşı sərt oyun aparır

ANN.Az xarici mediaya istinadən xəbər verir ki, teledebatlar zamanı ABŞ prezidentliyinə namizəd Hillari Klinton kibertəhlükəsizlik yeni dövlət başçısının qarşısında duracaq ən önəmli məsələlərdən biri olacaq.

Demokratlar partiyasının namizədi bildirib ki, hazırda ABŞ daha çox iki qayda pozuntusu ilə üzləşirlər. Birincisi, kommersiya məqsədi ilə məlumatları oğurlayan müstəqil hakerlər qrupudur. Lakin, onun fikrincə, son zamanlar dövlət dəstəyi alan kibercinayətkarların sayı artır.

"Sonuncu və narahatlıq doğuran hücumlar Rusiyadan olub. Hazırda şübhə yoxdur ki, Rusiya ölkəmizdəki bütün növ təşkilatlara qarşı kiberhücumlardan istifadə edib. Mən buna görə çox narahatam", - deyə Klinton qeyd edib.

 O əlavə edib ki, Rusiya, Çin və İran kimi ölkələrin nəzərinə çatdırmaq lazımdır ki, ABŞ-ın daha çox imkanları var və o, məlumatların oğurlanmasını sadəcə izləməyəcək.




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb