Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” qərarına dəyişiklik edib
Həmin Qaydanın 3.2-ci bəndində ölkədə insan həyat və sağlamlığı üzrə zəruri ehtiyacların təmin edilməsi üçün ərzaq ehtiyatlarının yaradılması məqsədilə istisna hal kimi zəruri ərzaq təchizatçılarına kredit təşkilatları tərəfindən verilən kreditlər (və ya kredit xətləri) üzrə ilk 6 ay üçün hesablanan faizlərə subsidiya verilməsi və 3.3-cü bəndində isə faiz subsidiyası kreditin faiz dərəcəsinin 10 faizi miqdarında, faiz dərəcəsi 10 faizdən aşağı olarsa, faiz subsidiyası kreditin faiz dərəcəsi həcmində verilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Nazirlər Kabineti qeyd olunan məsələnin əhəmiyyətini nəzərə alaraq, ölkədə ərzaq ehtiyatlarının yaradılmasının davam etdirilməsi məqsədilə zəruri ərzaq təchizatçılarına banklar tərəfindən verilmiş kreditlər üzrə hesablanan faizlərə görə verilən subsidiyanın müddətinin uzadılması və ərzaqlıq buğda təchizatçılarına verilən faiz subsidiyası üzrə kreditin faiz dərəcəsinin artırılması barədə müvafiq Qərar qəbul etmişdir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !