Kredit borclarını ödəməkdən qəsdən yayınanların cərimələri artırılır

19:55 | 06.05.2016
Kredit borclarını ödəməkdən qəsdən yayınanların cərimələri artırılır

Kredit borclarını ödəməkdən qəsdən yayınanların cərimələri artırılır

 Kredit borclarını ödəməkdən qəsdən yayınanlar üçün cərimələrin miqdarı artırılıb

Azərbaycanda kreditor borclarını ödəməkdən qəsdən yayınma ilə əlaqədar cərimələrin miqdarı artırılıb.
 
APA-nın məlumatına görə, bu, Milli Məclisin plenar iclasında qəbul edilən Cinayət Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.
 
Qüvvədə olan qanuna əsasən məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına görə təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya bir ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər külli miqdarda ziyan vurduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
 
Dəfişikliyə əsasən bu əmələ görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza tətbiq ediləcək. Eyni əməllər külli miqdarda ziyan vurduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM