• $
  • €
  • ₽
  • ₺
  • £

Sovet kinosunun əfsanəsi erməni dələduzluğunun qurbanı oldu

Sovet kinosunun əfsanəsi erməni dələduzluğunun qurbanı oldu
28.10.2015 12:18
Məşhur rejissor Leonid Qaydayın "Qafqaz əsiri və ya Şurikin yeni macəraları", "12 stul", "İvan Vasilyeviç peşəsini dəyişir" kimi komediyalarından tanımış Rusiyanın əfsanəvi aktyoru Vladimir Etuş erməni fırıldağının qurbanı olub.

ANS PRESS-in məlumatına görə, 93 yaşlı xalq artisti və həyat yoldaşının evlərini təmir etdirmək istəyi erməni ustanın ucbatından iflasa uğrayıb.

Belə ki, ötən illərin məşhur aktyoru, Böyük Vətən Müharibəsi veteranı Vladimir Etuş inşaat podratçısı Araik Mxitaryan tərəfindən aldadılıb. Mənzili təmir etməyə söz vermiş Araik Mxitaryan artisdən 545 000 rubl (təx. 9 000 azn) alıb və daha sonra yoxa çıxıb. Hazırda evsiz qalan yaşlı və xəstə aktyor çıxılmaz vəziyyətə düşüb. Mxitaryan aktyorun arvadı Yelena Etuş və onun vəkilinin zənglərinə cavab verməyi də dayandırıb. İndi Vladimir Etuş paytaxt klinikalarından birinin kardiologiya bölməsinin palatasında yaşamağa məcbur olub. Çünki, müalicə kursu başa çatdıqdan sonra ona qayıtmaq üçün yer yoxdur. Aktyorun şəhər mənzili hal-hazırda inşaat zibilinə və sındırılmış divarlara görə yaşamaq üçün yararlı deyil. Şəhərkənarı evdə yaşamaq isə tibbi yardımdan uzaq olmaq və sağlamlıq vəziyyəti üçün Etuşa imkan vermir. Artistin xanımı Yelena erməni dələduza neçə rast gəldiklərindən danışıb.

"İki il əvvəl "İdealnıy remont" proqramının prodüserləri bizə bağda qonaq otağını təmir etməyi təklif etdilər. Proqrama çəkilişlər çərçivəsində müxtəlif tikinti şirkətləri və podratçılar əməkdaşlıq edir. Bizimlə "Dizayn və təmir" firmasının direktoru Araik Mxitaryan işləyirdi. Onunla bizim ailəmiz arasında çəkilişlərdən sonra tanışlıq yarandı və o artıq bizə pul müqabilində Moskvada mənzilimizi təmir etməyi təklif etdi”,- deyə Yelena Etuş bildirib.

"Biz məsləhətləşdikdən sonra qərar verdik. Biz razılaşdıq ki,bir il sonra 2015-ci il təmirə başlayaq. Bir il biz bu təmirə pul yığırdıq. 2015-ci ilin qışında konkret danışıb işə başladıq. Araik bütün öz təkliflərini yazılı şəkildə bizə elektron poçtla göndərirdi. Martın sonunda Araik bizə gəldi və materialları almağı məsləhət gördü, çünki hər şey bahalaşır”,- deyə qadın qeyd edib.

"Birinci dəfə martın sonunda biz Mxitaryana 200 000 rubl (3 320 azn) verdik. Bir neçə gün sonra daha 100 000 rubl (1 620 azn) verdik. Hansısa bir vaxt sonra o bizə məktubu göndərdi ki, materiallar alıb və daha 129 000 rubl (2 141 azn) xahiş etdi. Biz 200 000 rubl da ona göndərdik. O yazdı ki, hər şeyi alıb və materiallar anbarda saxlanılır”.

Belə oldu ki, Vladimir Abramoviç xəstələndi və xəstəxanaya düşdü. Biz Araiklə danışıb ona dedik: "Təmiri başlayın. Biz xəstəxanadan çıxıb hazır evə gələk. İndi biz xəstəxanadan çıxıb evə gedə bilmirik, ev tanınmaz haldadır. İndiyədək biz ona 545 000 nağd pul vermişik”.

Qadının sözlərinə görə, onlar erməni fırıldağının qurbanı olub. Aktyorun ailə vəkili hazırda bu işlə əlaqədar polisə şikayət ünvanlayıb.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol