• $
  • €
  • ₽
  • ₺
  • £

Xocalıda törədilmiş cinayətə görə Ermənistan Respublikası məsuliyyət daşıyır

Xocalıda törədilmiş cinayətə görə Ermənistan Respublikası məsuliyyət daşıyır
24.02.2016 15:41
"Xocalıda Ermənistan tərəfindən soyqırım, insanlıq əleyhinə cinayət və hərbi cinayətlər törədilib”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Xocalı soyqırımı, xüsusilə şahidlərin ifadəsi, beynəlxalq təşkilatların rəyləri, QHT və KİV-in materialları əsasında tam şəkildə sənədləşdirilib: "Bu əsasda Ermənistan Respublikasının məsuliyyəti danılmazdır. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda törədilmiş əməlləri "xüsusilə ağır hallar olaraq, hərbi cinayət və ya insanlıq əleyhinə cinayət” kimi qiymətləndirib. Ermənistan Respublikası beynəlxalq hüquqi öhdəliklərinə rəğmən Xocalı soyqırımının törədilməsi ilə beynəlxalq humanitar hüququ və insan hüquqlarına aid fundamental sənədləri, o cümlədən üzv olduğu "Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılmasına dair Konvensiya”nı kobudcasına pozub. Konkret desək, Xocalıda Ermənistan irqi, etnik, milli və dini ayrı-seçkilik zəminində əvvəlcədən planlaşdırılmış şəkildə Xocalı sakinlərinin soyqırım məqsədilə fiziki məhv edilməsi əməllərini həyata keçirib. Xocalıda törədilmiş bu cinayətə görə Ermənistan Respublikası məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən bu kimi əməllərə görə dövlətlərin məsuliyyəti ilə bərabər fərdlərin də məsuliyyəti aydın şəkildə müəyyən olunub. Ona görə də hərbi-siyasi rəhbərliyində olan və Xocalı soyqırımının həyata keçirilməsində iştirak etmiş şəxslər fərdi cinayət məsuliyyəti daşıyırlar”.
 
H. Hacıyev bildirib ki, Ermənistan Xocalı soyqırımına görə daşıdığı beynəlxalq hüquqi məsuliyyəti etiraf etməli, Azərbaycan xalqından üzr istəməli və cinayətkarlar cəzalandırılmalıdır: "Bu cinayəti törədənlərin cəzasızlığı və Xocalı qurbanlarına münasibətdə ədalətin təmin olunmaması Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasına maneə olan ciddi səbəblərdəndir. Münaqişənin həlli prosesində beynəlxalq humanitar hüquq və insan hüquqlarının kobud pozulması hallarına münasibətdə həqiqətin ortaya qoyulması və ədalətin təntənəsi, bu kimi əməllərin qurbanı olmuş şəxslərə təzminatların verilməsi, cinayətkarların cəzalandırılması və gələcəkdə belə halların qarşısını almaq üçün təsisatlanmış mexanizmlərin müəyyən edilməsi olduqca vacibdir. Xocalı soyqırımının insanlıq əleyhinə cinayət və soyqırım kimi tanınması və pislənilməsi üçün uğurlu işlər görülüb. Leyla xanım Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünya miqyasında effektiv ictimai məlumatlandırma həyata keçirilir”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol