• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qadağa qoyulmuş adlar – SİYAHI

Azərbaycanda qadağa qoyulmuş adlar – SİYAHI
22.06.2016 12:39
Bütün adların düzgün yazılışının göstərildiyi kitab hazırlanıb.

Azərbaycanda şəxs adlarının tələffüz forması ilə yazılmasına icazə verilməyəcək. 

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, Azərbaycanda eyni adların müxtəlif formalarda yazılması hallarının aradan qaldırılması üçün bütün adların düzgün yazılışının göstərildiyi kitab hazırlanıb. Kitaba 6300-ə yaxın ad daxil edilib:

"Biz bu lüğətdə adların sayını azaltmışıq, mövcud 8200 addan təqribən 6300-nü saxlamışıq. Onların çoxunu, 2000-ə yaxını – "Kolxoz”, "Sovxoz” kimi adları çoxdan siyahıdan çıxarmışdıq. İndi isə tələffüz forması ilə yazılan adları siyahıdan çıxarmışıq. 

Məsələn, "Əlihəsən”də, "Əlhəsən”, yaxud "Əlihəsə” də yazılır. Biz bu adlardan ancaq "Əlihəsən”i götürmüşük. 

"Tapdıq” adı "Tapdığ”, "Tapdıx” kimi, yəni tələffüz formasında yazılır. 

Biz bu adlardan yalnız "Tapdıq”ı saxlamışıq. Rayonlarda qeydiyyat şöbələrində oturan məsul şəxslər həm çox savadlı olmalıdırlar, həm də adların düzgün yazılış forması onların əlinin altında olmalıdır. 

Bunlar olmadığına görə adların yazılışında müxtəliflik əmələ gəlib”.

S.Sadıqova bildirib ki, həmin vəsait nəşr edilərək yerli şöbələrə paylanıldıqdan sonra bütün adlar vahid formada yazılacaq və eyni adların müxtəlif formalarda yazılmasına icazə verilməyəcək.

Trend-in Ədliyyə Nazirliyinin statistik məlumatlarına istinadən apardığı araşdırmalar nəticəsində məlum olub ki, təkcə bir hərfin belə səhv, eyni zamanda tələffüz formasında yazılması nəticəsində bir adın 2-3 deyil, hətta 4-5 yazılış forması yaranıb.

Araşdırmalar nəticəsində bəlli olub ki, incə, zərif qız (qadın) mənasını verən Ruqiyyə adının düzgün yazılış forması son 5 ildə 1 nəfərə verilsə də, bu adın yanlış formaları daha çox uşağa qoyulub.

Belə ki, son 5 ildə yanlış formada yazılan Ruqəyyə adı 342 nəfərə, Rüqayyə adı 637 nəfərə, Rüqəyyə adı 732 nəfərə, Rüqəyyəm adı 1 nəfərə verilib.

Mənası "Ən böyük, ən ulu”, əsl yazılış forması isə Kübra olan bu adın da 4 yazılış forması yaranıb. Son 5 ildə adın düzgün yazılış forması - Kübra 103 nəfərə verilib. Adın səhv yazılış forması olan Kubra 99, Kubrə 8, Kübrə 8 nəfərə verilib.

5 formada yazılan Nərgiz adının yanlış yazılış forması - Nərgis son 5 ildə 4 nəfərə, Nərgıs 3 nəfərə, Nərgız 3 nəfərə, Nərçis 1 nəfərə verilib.

Son 5 ildə Fuad adının səhv variantı olan Fuat adı 2 nəfərə, Səməd adının düzgün yazılış forması olmayan Samed adı 4 nəfərə, düzgün yazılış forması Həmzə olan Hamza adı son 23 nəfərə, Həsən adının səhv yazılmış Hasan adı 15 nəfərə, Hüsniyyə adının yanlış yazılış forması olan Hüsniyə 13, Humay adının yanlış forması olan Hümay 12, Aliyə adının yanlış forması olan Aliye 3 nəfərə verilib.

Son 5 ildə Kerim (əsl yazılış forması Kərim) 7, Yağub (əsl yazılış forması Yaqub) 3, Yahya (əsl yazılış forması Yəhya) 39, Gulnara (əsl yazılış forması Gülnarə) 10, Gürşad (əsl yazılış forması Gülşad) 11, Qəhraman (əsl yazılış forması Qəhrəman) 8 nəfərə, Natavan (əsl yazılış forması Natəvan) 33 nəfərə, Hafis (əsl yazılış forması Hafiz) 35 nəfərə, Qəfər (düzgün yazılış forması Qafar) 16, Kenan (əsl yazılış forması Kənan) 11 nəfərə, Qızbəst (düzgün yazılış forması Qızbəs) Kəmran (əsl yazılış forması Kamran) 3 nəfərə verilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol