• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan pavilyonu Antalyada birinci yer tutdu - FOTOLAR

Azərbaycan pavilyonu Antalyada birinci yer tutdu - FOTOLAR
31.10.2016 10:44
Türkiyənin Antalya şəhərində keçirilən və oktyabrın 30-da başa çatan "Antalya Ekspo 2016" Beynəlxalq Botanika Sərgisindəki Azərbaycan pavilyonu birinci yer qazanıb. Azərbaycan pavilyonu birinciliyi eksteryer və interyer bağçası nominasiyasında əldə edib.

Heydər Əliyev Mərkəzindən Trend-ə verilən məlumata görə, bu kateqoriyada birinci yeri Azərbaycanla yanaşı, Çin, Almaniya, Cənubi Koreya, Qətər, Tailand və Yaponiya pavilyonları da qazanıb.

Qeyd edək ki, "Antalya Ekspo 2016"da 2 min kvadratmetrədək ərazini əhatə edən Azərbaycan milli pavilyonu Heydər Əliyev Mərkəzinin dəstəyi ilə qurulmuşdu.
 


Azərbaycanın milli pavilyonunda ölkəmizin zəngin faunası, unikal biomüxtəlifliyi və bağçılıq mədəniyyəti nümayiş etdirilib, həmçinin Azərbaycana həsr olunan, onun təbii gözəlliklərindən ilhamlanaraq yaradılan sənət növlərindən ibarət sərgilər təqdim edilib.

Eksteryer və interyer bağçası kateqoriyası üzrə ikinci yeri Nepal, Macarıstan, İtaliya, Yaponiya, Niderland, Sinqapur, üçüncü yeri Gürcüstan, Qazaxıstan, Kenya, Türkmənistan və Hindistan tutub.
 


Sərginin başa çatması münasibətilə keçirilən tədbirdə yaşıl şəhər, eksyeryer bağçası, universitet bağçası nominasiyaları ilə yanaşı, xüsusi mükafatlar da təqdim olunub.

Mükafatlandırma mərasimində çıxış edən "Antalya Ekspo 2016"nın təşkilat komitəsinin sədri, Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik bildirib ki, sərgi 191 gün ərzində 4,5 milyondan artıq yerli və əcnəbi ziyarətçi qəbul edib. Bəzi günlər pavilyonlarla tanış olanların sayı 70 mini ötüb. Beynəlxalq sərgidə 54 ölkə iştirak edib.
 


Aprelin 22-də açılan "Antalya Ekspo 2016" Beynəlxalq Botanika Sərgisinin fəlsəfəsi "Gələcək nəsillər üçün yaşıl bir dünya", mövzusu "Çiçək və uşaq", şüarı isə "Gələcəyi yaşıllaşdır" olub.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol