• $
  • €
  • ₽
  • ₺
  • £

IV Bakı Beynəlxalq Teatr Konfransı maraqlı yeniliklər vəd edir

IV Bakı Beynəlxalq Teatr Konfransı maraqlı yeniliklər vəd edir
01.11.2016 16:34

Bildiyiniz kimi bir neçə gündən sonra ölkəmiz dünya miqyaslı beynəlxalq tədbirə ev sahibliyi edəcək.


Belə ki, cari ilin 7 və 8 noyabr tarixlərində Bakıda "Teatr və multikulturalizm” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə həyata keçiriləcək konfransda dünyanın 40-a yaxın ölkəsindən təqribən 150 teatr xadimi – teatr tənqidçiləri, aktyorlar, rejissorlar, rəssamlar, Beynəlxalq teatr qurumlarının prezidentləri - iştirak edəcək.

 

 

 

Konfrans çərçivəsində beynəlxalq teatr qurumlarına üzv olan Azərbaycan teatrlarının həmin qurumların rəhbərləri ilə görüşləri keçiriləcək.

 

 

Beynəlxalq ASSİTEJ-ə üzv olan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı konfransda iştirak edəcək 10 Beynəlxalq ASSİTEJ Milli Mərkəz prezidentləri ilə birgə görüş keçirməyi nəzərdə tutur. Konfrans çərçivəsində baş tutacaq görüşdə qarşılıqlı yaradıcılıq əlaqələrinin genişləndirilməsi istiqamətində görüləcək işlər, müştərək layihələr müzakirə olunacaq.

 

 

Bundan başqa, ölkəmizdə fəaliyyət göstərən teatrlarda bir sıra treninq və seminarların keçirilməsi də nəzərdə tutulur. Həmin treninqlərdən biri Dövlət Gənc Tamaşaçılar Teatrında "Aktyor sənətində improvizə” mövzusunda təlimçi-pedaqoq Andrey Sidelnikovun rəhbərliyi ilə baş tutacaq.

 

 

Məlumat üçün bildirək ki, konfransın açılış mərasimində Dövlət Gənc Tamaşaçılar Teatrının 25 əməkdaşı iştirak edəcək.



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol