• $
  • €
  • ₽
  • ₺
  • £

IV Bakı Beynəlxalq Teatr Konfransı ASSİTEJ prezidentlərinin görüşü ilə də yadda qaldı

IV Bakı Beynəlxalq Teatr Konfransı ASSİTEJ prezidentlərinin görüşü ilə də yadda qaldı
14.11.2016 19:17
Bildiyiniz kimi cari ilin noyabr ayının 7-8 tarixlərində Bakıda "Teatr və multikulturalizm” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçirilib.
 
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə həyata keçirilən konfransda dünyanın 40-a yaxın ölkəsindən təqribən 150 teatr xadimi – teatr tənqidçiləri, aktyorlar, rejissorlar, rəssamlar, Beynəlxalq teatr qurumlarının prezidentləri -  iştirak ediblər. Maraqlı çıxışlar, plenar iclaslar və treninqlərin keçirildiyi konfrans çərçivəsində bir sıra görüşlər də baş tutub ki, həmin görüşlərdən biri Dövlət Gənc Tamaşaçılar Teatrında həyata keçirilib.   

Belə ki, Beynəlxalq ASSİTEJ-ə üzv olan Gənc Tamaşaçılar Teatrı konfransda iştirak edən 8  Beynəlxalq ASSİTEJ Milli Mərkəz prezidentləri və nümayəndələri ilə birgə  görüş keçirib. 

Əvvəlcə görüş iştirakçıları teatrın böyük və kiçik tamaşaçı zalı, foyeləri ilə yaxından tanış olublar. Daha sonra dəyirmi masa arxasında müzakirələr davam etdirilib. ASSİTEJ-Azərbacan Milli Mərkəzinin baş katibi, teatrın və ASSİTEJ-in mətbuat xidmətinin rəhbərinin Hüsniyyə Mursaquliyeva, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin üzvü, Əməkdar Artist Nicat Kazımov Milli Mərkəz haqqında,  eləcə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı haqqında ətraflı məlumat verərək, ölkəmizin artıq dördüncü dəfə ev sahibliyi etdiyi Bakı Beynəlxalq Teatr Konfransının əhəmiyyəti barədə də söhbət ediblər. 

ASSİTEJ-Gürcüstan Milli Mərkəzinin prezidenti Sofi Dekanozişvili, ASSİTEJ- Xorvatiya Milli Mərkəzinin prezindeti Leo Vukeliç,  Hindistan Kukla Teatrının direktoru, rejissor Mina Naik, ASSİTEJ- İran Milli Mərkəzinin nümayəndələri, məşhur teatr tənqidçiləri Əli Xoşqoftar, Fatemeh Fəridan, Habibə Meşkanlu, Sayid Kazemian, Simin Amirianin, Türkiyə Dövlət Teatrları sənətçisi, rejissor Ülviyyə Karaca, eləcə də ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin üzvlərinin iştirak etdiyi iclasda gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan bir sıra məsələlərə toxunulub. 



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol