• $
  • €
  • ₽
  • ₺
  • £

Ranar Musayev Xəyalə və "Maşın"la bağlı hər şeyi açdı: "Onlar efirə getmədi, əlimi ona görə çəkdim k

Ranar Musayev Xəyalə və "Maşın"la bağlı hər şeyi açdı: "Onlar efirə getmədi, əlimi ona görə çəkdim k
03.01.2019 11:04
Xəyalə çox mübariz oyunçu idi, onun iradəsinə heyranam. Təbii ki, Xəyalənin yerinə Sərxanla finalda olsaydıq, nəticələr başqa cür olacaqdı, amma mən oyundan qızları çıxara bilməzdim. Hələ Sərxanı çıxartdığım üçün indiyə qədər üzülürəm, 100 dəfə ondan üzr istəmişəm”.
Publika.az xəbər verir ki, bu sözləri "Maşın şou”da aktrisa Xəyalə Quliyeva ilə finala qalan aparıcı Ranar Musayev deyib. O, instaqram hesabında geniş açıqlama yayaraq maşından əlini çəkməsinin səbəblərini izah edib:

"Heyf ki, finalda əlimi çəkdikdən sonra baş verənlərin ardı efirə getmədi. Əvvəla mənə 3-cü gecə güc gəlmişdi, istəsəm, davam edə bilərdim. Sadəcə bilirdim ki, udsam da, maşını Xəyaləyə verəcəm. Odur ki, nə onu, nə də özümü incitmək istədim. 2 gün maşın ətrafında durduq, bəsimiz idi. Əlimi çəkəndə mübahisəm maşına görə deyildi. Sadəcə Xəyaləyə dedim ki, sənin üçün vacib maşındır, mənə isə qalibiyyət hissini yaşamaq. Deyirdim ki, qalib mən olum, maşını sən götür. Xəyalə isə mənə inanmadı, etibar etmədi, bu da xətrimə dəydi. Bu səbəbdən də daha orada dayanmaq istəmədim, ona fikrimi söylədim və əlimi çəkib getdim. Sonra anladım ki, sözlərimlə onun xətrinə daha çox dəydim, nəinki o, mənim. Halım pis oldu, kömək çağırdım ki, məni Xəyalənin yanına aparın. Qayıdıb Xəyaləni öpdüm, qucaqladım, üzr istədim ki, qələbəsinə sevinə bilsin. Nəzərə alın ki, maşın ətrafında 50 saata yaxın dayanmışdıq, beyni və sözləri kontrol etmək çətin idi. Dekorasiyadakı fillər artıq canlanıb üstümə çıxırdı, yerdəki hind naxışları ilana çevrilib çiynimə sarılırdı, bu vəziyyəti yalnız bu şounun finalçıları anlaya bilər. Xəyalənin isə maşın istəyi mənim qalib olmaq istəyimdən daha artıq və vacib idi. Ona baxanda özümü saxlaya bilmirdim, mən maşını udsaydım, bununla yaşaya bilməzdim. Hər iki halda, udsaydım da, uduzsaydım da, maşın onun olacaqdı. Bu halda özümə sual verdim ki, Ranar sənə nə vacibdir? Qələbə, yoxsa azadlıq? Bu suala həyat prinsiplərimə uyğun olan cavab verdim və məsələ bitdi, əlimi çəkib getdim. Ona qədər sadəcə istəyirdim ki, Xəyaləyə mənə etibar edə biləciyini sübut edim. Bir tərəfdən də düşündüm ki, əgər o, indiyə qədər oyunda baş verənlər nəticəsində etibar etmədisə, bundan sonra da sübut etməyin mənası yoxdur. Digər tərəfdən anladım ki, bu sübut həm ona, həm də mənə baha başa gələ bilər”.

Aparıcı daha sonra qeyd edib ki, sağlamlığı onun üçün hər şeydən üstündür:

"Hər ikimiz yıxılana qədər əlimizi götürən deyildik. Burada mübarizə tək fiziki gücdən, iradədən və psixoloji vəziyyətdən asılı olmadı. Ürəyimin beynimə dedikləri daha üstün oldu, o da mənə əlimi maşından çəkdirdi. Başqa nə yuxusuzluq, nə ac-susuzluq, nə də digər təbii ehtiyaclar. Şounun ilk günündən artıq bilirdim ki, sona qalsam, maşın ehtiyacı olanın olacaq. Mənə isə sadəcə emosiya lazım idi. Qələbə hissi... Onu da aldım. Odur ki, özümü qalib kimi hiss edirəm. Oyun bitdi! Əsl qalib – Xəyalə finalçı oldu. Qaliblər isə müzakirə olunmur! Onun mübarizəsinə sadəcə heyran olmaq olar. Bir daha təbrik edirəm, maşın Xəyaləyə və ailəsinə düşərli olsun. Əsas odur ki, şoudan əvvəl bir-birimizə söz verdiyimiz kimi, oyunda baş verənlərdən asılı olmayaraq dost qalaq, elə də oldu. Məgər qələbə bu, deyilmi? Maşını udmadığıma görə heyfsilənmirəm, sevginiz ən böyük qazancımdır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol