• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur iş adamı əmlakını xidmətçisinə bağışladı - Foto

Məşhur iş adamı əmlakını xidmətçisinə bağışladı - Foto
29.05.2020 04:32
Türkiyənin ən böyük çarpayı istehsalı firmalarından birinin böyük hissə sahibi 75 yaşlı Sinan Güləç və qızı Nur Güləç arasında  əmlak bölgüsü ilə bağlı anlaşılmazlıq yaranıb. 

Anews.az Türkioyə mətbuatına istinadən xəbər verir ki, firmadakı hissələrinin satışından əldə edilən 22 milyon TL-nin yarısını Nur Güləçlə ortaq hesaba köçürən Sinan Güləçin mülk bölgüsü qızının narazılığına səbəb olub və  o qəyyumluqla bağlı məhkəməyə baş vurub.

Təqaüdçü ingilis dili müəllimi olan N.Güləç yataq xəstəsi, iflic atasının mal varlığını xidmətçisi 48 yaşlı G.E-yə bağışlamasıyla bağlı şikayət edib: 
"Atam xəstələnəndən sonra ona mən baxmışam. Ancaq sonradan xidmətçi kimi evə aldığımız G.E. ilə ətrafındakılar məni uzaqlaşdırdı. Xərçəng olduğum zaman lazımı qədər mübarizə apara bilmədim. Atamla üç ildir görüşə bilmirəm. Onunla görüşməyə icazə vermirlər. Baş verənlər göz önündədir, atam sağlam deyil, doğru düşünə bilmir. Yoxsa bunları edərmi?

Xərçəng xəstəliyindən müalicə alıram, yaşamaq üçün maddi dəstək istədiyim zaman da atam qəbul etmir" - deyə iş adamının qızı bildirib. 
Məlmata görə, Sinan Güleç, 2011-ci ildə beyininə qansızması nəticəsində iflic olub.  Yataq xəstəsi olan S.Güləç firmanın 2014-ci ildə xarici bir şirkətə satılması ilə payına düşən 22 milyon TL-ni alıb. Pulun 11 milyon TL-sini şəxsi, 11 milyon TL-sini də firmada kiçik nisbətdə hissə sahibi olan, tək övladı Nur Güleç ilə birlikdə ortaq hesaba köçürüb. Sinan Güləç satışdan əldə etdiyi pulla ev, villa və iş yeri satın alıb. 

O bütün daşınmaz əmlaklarını evində xidmətçi kimi çalışan daha sonra birlikdə yaşadığı 48 yaşlı G.E-nin adına keçirib.  Vəziyyətdən xəbərdar olan iş adamının qızı Nur Güleç 2015-ci ildən məhkəmələrdə qalıb.   Hələ o zaman məhkəmə Nur Güləçin tələblərini, atasının səhhətiylə bağlı dediklərini rədd etmişdi.  (unikal)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:45
Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb
Elmira Şabanova vəfat edib
Mədəniyyət 18:53
Elmira Şabanova vəfat edib
İlin sonunadək dövlət sifarişi ilə çəkilən 3 film təqdim olunacaq
Mədəniyyət 18:39
İlin sonunadək dövlət sifarişi ilə çəkilən 3 film təqdim olunacaq
Bu ərazilərdə qaz olmayacaq
Mədəniyyət 21:14
Bu ərazilərdə qaz olmayacaq
Aydın Balayevin “Azərbaycan türkləri” kitabı Azərbaycan dilində işıq üzü görüb
Mədəniyyət 14:16
Aydın Balayevin “Azərbaycan türkləri” kitabı Azərbaycan dilində işıq üzü görüb
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol