• $
  • €
  • ₽
  • ₺
  • £

Afaq Məsud yeni vəzifəyə təyinatından danışdı - AÇIQLAMA

Afaq Məsud yeni vəzifəyə təyinatından danışdı - AÇIQLAMA
17.05.2014 10:48
Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilən Afaq Məsud (Vəliyeva) ilk açıqlamasını AzNews.az-a verib.“Azərbaycan ədəbiyyatının inkişafı və onun dünyada təbliği çox vacib məsələdir”- deyən Vəliyeva mərkəzlə bağlı gələcək planlarından danışıb. Onun sözlərinə görə, tərcümə mərkəzi gənc peşəkarlara daha çox üstünlük verəcək: “Mənim bu mərkəzə direktor təyin olunmağım prezident tərəfindən böyük etimaddır. İnanıram ki, bu işi qurmağı bacaracağıq. Çalışacağıq Azərbaycan ədəbiyyat baxımından beynəlxalq müstəvidə yüksək səviyyədə təmsil olunsun. Gələcək planlarımıza gəlincə, əsasən gənclərlə işləməyi nəzərdə tuturuq. Gənclərin tərcümə mərkəzinə cəlb edilməsi müsabiqələr yola ilə olacaq. Tərcümənin sferası o qədər genişdir ki, düşünürəm biz xeyli gənci bu fəaliyyətə cəlb edə biləcəyik. Yetər ki peşəkar olsunlar, öz üzərlərində işləsinlər və dili gözəl bilsinlər. Bizm üçün önəmli şərt budur”.Afaq Məsud bildirib ki, sərəncam onun üçün gözlənilməz olub: “Neçə illərdir biz bu məsələni qaldırırdıq. İndiyə kimi mərkəz ancaq bədii ədəbiyyatın tərcüməsiylə məşğul olurdu. Dəfələrlə bu barədə məsələ qaldırmışam, müsahibə vermişəm. Çox şükür ki, cənab prezident mənim qaldırdığım məsələylə bağlı sərəncam verdi və bizim üçün bu şəraiti yaratdı”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol