• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxda Vaqif Poeziya Günlərinə start verilib

Qazaxda Vaqif Poeziya Günlərinə start verilib
13.07.2023 19:01
Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri iyulun 13-də şairin doğma şəhərində - Qazaxın Yuxarı Salahlı kəndində Vaqifin büstünə gül qoyulmaqla başlayıb.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə,Mədəniyyət və incəsənət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazıçılar və şairlər Qazax şəhərinin mərkəzindəki "Mütəfəkkirlər parkı”nda toplaşıblar.

Çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov Vaqif Poeziya Günlərinin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Şuşa işğaldan azad olunandan sonra dövlət başçımızın ilk sərəncamlarından biri Şuşada həm "Xarıbülbül” festivalının, həm Vaqif Poeziya Günlərinin keçirilməsi oldu. 2021-ci ildən başlayaraq hər iki layihə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir.

O qeyd edib ki, Vaqif Qazaxda dünyaya göz açsa da, Şuşada məşhurlaşıb və orada dəfn olunub. Qazaxda start götürən Vaqif Poeziya Günləri iyulun 14-15-də mədəniyyət paytaxtımız Şuşada davam edəcək.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxışında deyib ki, Şuşa azad olunandan sonra artıq 3-cü ildir Vaqif Poeziya Günləri keçirilir:
"Hələ sovet dövründə Vaqif Poeziya Günləri Vaqifin vətənində - Qazaxda start götürürdü, Şuşada davam edirdi. Bu il qərar belə oldu ki, poeziya günləri ənənəyə uyğun olaraq Qazaxda başlasın. Bu gün artıq layihəyə start verilib”.

Ədəbiyyatşünas Rüstəm Kamal çıxışında qeyd edib ki, Vaqif yazılı ədəbiyyatımızın milli etnik kodlarla köklənməsində və poeziyamızda xalqımızın öz obrazının yaradılmasında müstəsna rolu olmuş şairdir. Vaqif başdan-ayağa işıq poeziyasıdır. Onun şeirlərində ən çox mənalanan, ən çox hallanan, ən çox diqqət çəkən nur, işıq, şölə sözləridir.

"Dövlətimizin başçısı İlham Əliyev və Heydər Əliyev Fondu bizim mədəniyyətimizi, ədəbiyyatımızı klassiklərimizi himayə edir. Onların yenidən milli yaddaşımıza qayıtmasında böyük rol oynayır. Bir ziyalı kimi ölkə rəhbərliyinə təşəkkür edirəm”, - deyə o, əlavə edib.

Şair-publisist Əkbər Qoşalı bildirib ki, sabah Vaqifin vətənindən – Qazaxdan Şuşaya yola düşəcək, orada poeziya günlərində iştirak edəcəklər. Bu tədbirin həm də türk dünyasının mədəniyyət paytaxtında türk dünyasından gəlmiş şair və yazıçıların iştirakı ilə keçirilməsi mühüm hadisədir.

Şair İbrahim İlyaslı da Vaqifin Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən, onun yaradıcılığının ədəbiyyatımıza bəxş etdiyi zənginliklərdən danışıb.

Daha sonra söz şairlərə və aşıqlara verilib, Molla Pənah Vaqifin qəzəlləri səslənib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol