• $
  • €
  • ₽
  • ₺
  • £

Xana Həsənova: “Ölkəmi “Eurovision”da təmsil etmək həyatımın arzusudur” - MÜSAHİBƏ

Xana Həsənova: “Ölkəmi “Eurovision”da təmsil etmək həyatımın arzusudur” - MÜSAHİBƏ
25.02.2014 16:31
ANN.Az “Böyük səhnə” layihəsinin finalçısı Xana Həsənova ilə müsahibəni oxuculara təqdim edir.Xana Həsənovanın 21 yaş var və Bakı şəhərində anadan olub. O, 2013-cü ildə Azərbaycanı Novosibirskdə “Delfi” oyunlarında təmsil edərək 4-cü yeri qazanıb. Gənc müğənni “Eurovision” 2011-2013 milli seçim mərhələlərində iştirak edib. Beş il ərzində idman rəqsləri – “R'n'B” və “Hip-Hop” ilə məşğul olub. Eyni zamanda xorda solistlik edib. Hazırda İncəsənət Universitetinin estrada vokalı fakültəsinin I kursunda oxuyur. Bu yaxınlarda ilk albomunu buraxıb. Məqsədi peşəkar estrada aktrisası olmaqdır.- Əvvəlki şoulardakı çıxışlarını necə qiymətləndirirsən?- Onlar bir-birindən əsaslı şəkildə fərqlənir. Çünki çox tez proqress edirəm, öz üzərimdə çox işləyirəm və nəticələrimi görmək qabiliyyətinə malikəm. İkinci çıxışımda imicimi dəyişdim və özümü tam göstərə bildim. Bu nəticədən sonra özümü arxayın hiss etməyə başladım. Ümid edirəm ki, gələcəkdə mənim istedadım daha çox özünü göstərəcək və müsbət nəticələr əldə olunacaq.- “Böyük səhnə” vokal şousu səni zahirən dəyişdirdi. Bəs sənin yaradıcılığında və şüurunda dəyişən nə oldu?- İmicimin dəyişilməsi məni çox sevindirir. Çünki bunun ardınca bir sıra başqa dəyişikliklər də oldu. İndi mən özümə daha arxayınam, dəyişməyimə kömək edən stilistə çox minnətdaram. Mən "Böyük səhnə" şousunun komandasıyla işləməyə daha çox həvəsliyəm.  Bu layihədə iştirak etdiyim müddətdə məndə baş verən dəyişikliklərdən çox xoşlanıram.- "Eurovision"un milli seçim mərhələsində artıq neçənci dəfədir iştirak edirsən… Səncə, bu proses sənin qalib olacağın günədək davam edəcək?- Bəli, seçim turlarında artıq dördüncü dəfədir iştirak edirəm.  Əlbəttə, qələbə qazanana kimi getmək niyyətindəyəm. Bu nüfuzlu müsabiqədə ölkəmi təmsil etmək – bütün həyatımın arzusudur. İndiki hal üçün isə ən yaxın hədəfim - finalda layiqli şəkildə çıxış etməkdir.- Qələbəyə olan şanslarını və “Böyük səhnə” şousunda inkişafını necə qiymətləndirirsən?- Bizimlə peşəkar komanda işləyir və biz öz yaradıcılığımıza lap çox vaxt ayırırıq. Buna görə peşəkar inkişaf var, axı hər çıxış əvvəlkidən daha yaxşıdır.Bu ildə layihədə çox güclü, istedadlı uşaqlar iştirak edirlər - çox yüksək rəqabət var. Mənə elə gəlir ki, yarımfinalda hətta münsiflər heyəti finalçıların üçünü seçməkdə çətinlik çəkdi. Münsiflər heyətinin istənilən qərarıyla razı olacam.- Öz rəqiblərin barədə nə deyə bilərsən?- Ordakı uşaqlarla elə dostlaşmişiq ki...  Hamıya uğurlar diləyirəm. Əlbəttə, kimdəsə təcrübə daha çoxdur, başqasında – daha azdır. İştirakçılar çox müxtəlifdirlər və onların arasında fərq qoymaq mənə çətindir.- Səncə, niyə məhz sən "Eurovision”da ölkəmizi təmsil etməlisən?- Çünki öz üzərimdə çox işləyirəm, bundan sonra da üzərimdə çox işləməyə, hər dəfə də özümü yaxşı tərəfdən göstərməyə hazıram. Yaxşı nəticəyə nail ola biləcəyimə də əminəm.- Sən artıq mümkün şou haqqında düşünmüsən?- Bu barədə danışmaq hələ tezdir. Başlanğıc üçün “Böyük səhnə” şousunda final çıxışı üçün öz nömrəmi hazırlamalıyam.Qeyd: “Böyük səhnə” şousunun qalibi mayın 6-dan 10-dək Kopenhagendə (Danimarka) keçirilən  "Eurovision 2014" beynəlxalq müsabiqədə Azərbaycanı təmsil edəcək.Nərminə ƏliyevaANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol