• $
  • €
  • ₽
  • ₺
  • £

“Eurovision”la bağlı qalmaqallı araşdırmanın nəticələri açıqlandı

“Eurovision”la bağlı qalmaqallı araşdırmanın nəticələri açıqlandı
29.05.2020 04:41
Avropa Yayım İttifaqı (AYİ) “Eurovision-2013” mahnı yarışması zamanı tamaşaçı səsverməsinə təsir göstərmək cəhdləri ilə bağlı araşdırmanı yekunlaşdırıb.APA-nın AYİ-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, araşdırmanın nəticələri belə cəhdlərin olduğunu, lakin yerlərdə olan sərt təhlükəsizlik qaydaları səbəbindən baş tutmadığını ortaya çıxarıb. “Həmin səslər müsabiqə qaydalarına əsasən sonradan etibarsız sayılıb. Həmçinin hər hansı televiziya şirkətinin bu cür fəaliyyətlə məşğul olmasına və yaxud bundan məlumatlı olmasına dəlalət edən dəlil-sübut aşkarlanmayıb”, - deyə AYİ-nin məlumatında bildirilir. Eyni zamanda qeyd olunub ki, “Eurovision” müsabiqəsi çərçivəsində səsvermə prosesinə olan etibarın gücləndirilməsi üçün səsvermə zamanı şəffaflığın təmin edilməsi ilə bağlı tədbirlərin sərtləşdirilməsinə dair qərar qəbul edilib. Əgər müsabiqədən əvvəl, müsabiqə zamanı və sonra yarışma iştirakçısının xeyrinə hansısa pozuntu aşkarlansa, avtomatik olaraq həmin ölkənin yayımçı-telekanalının müsabiqədən 3 il müddətinə uzaqlaşdırılması proseduruna başlanılacaq. Yarışmanın icraçı supervayzeri Con Ola Sand müsabiqənin rəsmi saytına müsahibəsində deyib ki, AYİ-nin araşdırması zamanı Azərbaycanda “Eurovision” müsabiqəsini yayımlayan “İctimai” telekanalın tamaşaçı səsverməsinə təsir etmək cəhdlərinə dəlalət edən sübutlar aşkarlanmayıb. Lakin bundan sonra AYİ iştirakçı ölkələrin yayımçı telekanallarının məsuliyyətinə daha sərt yanaşma sərgiləməlidir və qayda pozuntusu aşkarlandığı halda müsabiqədən dərhal kənarlaşdırmalıdır.  Xatırladaq ki, “Eurovision-2013”-dən sonra Avropanın bəzi mətbu orqanlarında tamaşaçı səverməsinə Azərbaycandan olan iştirakçının xeyrinə təsir etmək cəhdləri barədə məlumatlar yer almışdı.  “Eurovision-2014” bu il mayın 6,8 və 10-da Danimarka paytaxtı Kopenhagendə keçiriləcək. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol