• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq artisti qaza görə aksiya keçirəcək

Xalq artisti qaza görə aksiya keçirəcək
29.05.2020 04:41
“Fevralın 8-də etiraz aksiyası keçirəcəyik. Mən də qonşularla birlikdə bütün aksiyalarda iştirak edəcəyəm”. Bunu AzNews.az-a açıqlamasında xalq artisti Qəndab Quliyeva deyib. O bildirib ki, 2008-ci ildən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3068-ci məhəllədə yerləşən “Olimp” mənzil-tikinti kooperativinin binasının sakinləri qazsız, soyuq və bərbad həyat tərzi sürməyə məhkum olublar. Sonradan binanın tikintisi dayandırılıb: “Tikintini dayandırmaqla problemi necə həll etmək olar? Həyəti bu obyektlərdən təmizləmək lazımdır. Binanı inşa edən şirkət rəhbəri də qanunsuzluq edir. Prezident İlham Əliyev bu cür qanunsuz halların qarşısının alınması haqda dəfələrlə danışıb. Müvafiq orqanlar da bunu unutmamalıdırlar”.Q. Quliyeva bir neçə gün əvvəl Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının yaşadığı binaya gəldiyini də söyləyib: “Bu yaxınlarda Bakı Şəhər İcra Hakimiyyətinin iki əməkdaşı da yaşayış kompleksinə gəlib və texniki planı ilə tanış olublar. Xahiş edirəm ki, bizim problemimiz rəhbərliyə çatdırılsın. Bu yaşayış kompleksində bir neçə xalq artisti, əməkdar idman ustaları, Qarabağ müharibəsinin veteranları yaşayır”. Xatırladaq ki, xalq artisti Qəndab Quliyevanın yaşadığı “Olimp” mənzil-tikinti kooperativinin binasının sakinləri bir müddət əvvəl də etiraz aksiyası keçirib. Sakinlər mənzillərində istilik sisteminin olmamasından şikayət edirlər.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol