• $
  • €
  • ₽
  • ₺
  • £

Varisin kitabı dünyanın ən böyük universitet kitabxanasında - FOTO

Varisin kitabı dünyanın ən böyük universitet kitabxanasında - FOTO
29.05.2020 04:39
Azərbaycan yazıçısı Varisin ''Son məktub'' romanı Avropanın ən nüfüzlü Universitetlərindən biri hesab edilən Böyük Britaniyadakı Birmingem Universitetinin kitabxanasının əsas fonduna qəbul edilib. Bu barədə yazıçıya universitet ofisinin vitse-kansleri Lorna Musgrave yazaraq məlumat verib.Qeyd edək ki, 30 000 tələbənin təhsil aldığı Birmingem Universiteti Avropanın 10, dünyanın 60 ən nüfüzlu universitetlərindən biridir, buranin 8 məzunu Nobel mükafatı laureatıdır. Birmingem Universiteti Kral Xartiyasına daxildir. Universitetin 12 kitabxanadan ibarət birləşmiş kitabxanası isə dünyanın ən böyük universitet kitabxanası hesab edilir. Burada Bibliyanın 1566-cı il unikal nəşri, Uilyam Şekspirin, Çarlz Dikkensin ilk dərc edilmış kitabları qorunub saxlanır.Kitabxana fonduna 6 milyon ən dəyərli kitab və əlyazması daxildir ki, bunların da 120 000-i XIX əsrədək işıq üzü görüb. Vikipediyanın bir məlumatına görə isə əgər kitabxanadakı bütün kitabları üst üstə yığsan, Everest zirvəsindən 8 dəfə yüksək bir zirvə alınar.Universitet rəhbərliyinin azərbaycanlı yazıçının romanında diqqətini cəlb edən əsas cəhət əsərdə müxtəlif xalqlardan olan gənclərin saf sevgi hsslərinin tərənnüm edilməsi, eləcə də qəhrəmanlar arasında Birmingem Universitetinin iki məzununun - ingilis qız Qloriyayla pakistanlı oğlan Pərvizin də olmasıdır.Onu da qeyd edək ki, ''Son məktub'' romanında Xocalı soyqırımı - ermənilərin törətdikləri vəhşiliklər də yer alıb.Birmingem Universitetinin kitabxanasına yer məhdudluğu üzündən son illər ümumiyyətlə kitab qəbulunun dayandırılması barədə məlumat var idi. Əlbəttə, azərbaycanlı yazıçının kitabının kitabxananın əsas fonduna daxil edilməsi qürür doğuracaq bir hadisədir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol