• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya ədəbiyyatının "2013" itkiləri - SİYAHI

Dünya ədəbiyyatının "2013" itkiləri - SİYAHI
28.12.2013 12:35

2013-cü il dünya ədəbiyyat aləmin üçün də maraqlı il oldu. Bu il də yenə narazılıqlar və razılıqlar , oxucu-yazıçı qarşıdurmaları bir birini əvəz etdi.  Bu il də nə Murakami, nə də Umberto Eko Nobel mükafatına layiq görüldü. Əvəzində heç kimin gözləmədiyi  bir halda artıq yazıçılığı buraxan və 87 yaşında istirahət edərək həyatının sonunu gözləyən  kanadalı Elis Munro  Nobelə sahibləndi. Yola saldığımız ildə ədəbiyyat dünyasında da itkilər oldu. 

Dünya çapında tanınan və ədəbi arena üçün böyük itki  olan insanları təqdim edirik: 

1. Doris Lessinq – dünya ədəbiyyatının ən tanınmış nümayəndələrindən olan Lessinq yola saldığımız  ildə dünyasını dəyişdi. 2007-ci ildə  ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən yazıçı “Qızıl dəftər ” romanı ilə məşhurlaşıb.  94 yaşında dünyasını dəyişən Lessinqin köməkçisinin dediyinə görə ölərkən həddindən artıq hüzur içində olub. İranda anadan olan Lessinqi Böyük Britaniya krallığının bütün ərazilərini gəzmiş və əsərlərində də bu gəzinti nəticəsində topladığı gizli bilgiləri əks edib.

2. Alvaro Mutis – Qabriel Qarsiya Markesdən sonra Kolumbiyanın ikinci böyük yazıçısı sayılan Mutis də 2013-cü ildə 90 yaşında dünyasını dəyişib. Yazıçı Meksika xəstəxanasında ürək çatışmazlığından vəfat edib. Həmin vaxt Kolumbiyanın dövlət başçısı Xuan  Santos da onun ölümünə kədərlənərək bu sözləri qeyd edib:  “Mutisin milyonlarca dostu və heyranı bu gün onun üçün yas tutur.  Kolumbiya xalqı Mutisi əsla unutmayacaq”. Nobel mükafatı almasa da, Markes qədər sevilən yazıçı 1923-cü ildə Kolumbiyada anadan olub, uşaqlığının çox hissəsini atasının səfir olduğu Brüsseldə keşirib.

3. Riçard  Matheson – “Eşqin gücü” və “Mən əfsanəyəm” romanları ilə dünya şöhrəti  qazanan Riçard  Matheson da “ilan ili”ndə dünya ilə vidalaşanlar arasındadır. Elmi fantastika və qorxu janrının nümayəndəsi olan yazıçı 87 yaşında Los Ancelesdə vəfat edib. Norveçli mühacirlərin oğlu olan Matheson Bruklində böyüyüb və yazıçı kimi formalaşıb. Qeyd edək ki o ikinci dünya müharibəsinin də fəal  iştirakçılarından olub. Maraqlı məqam ondan ibarətdir ki,  yazıçı Amerika televiziyasının  ona verəcəyi mükafatı almaq qismət olmayıb. Mükafat təqdim olunacağı tarixdən iki gün qabaq dünyasını dəyişib.

4. Jak Vans - Amerikanın digər ünlü fantastı olan Jak Van da 2013-cü il sonuncu il olub. Fantast 96 yaşında rəhmətə gedənə qədər bir –birindən maraqlı 60 kitab yazıb. Nüfuzlu “Nyu –York tayms “ jurnalının apardığı müzakirə nəticəsində Vans  Amerikanın ən fərqli yazarlarından biri kimi göstərilib. Yazıçının türk dilinə yalnız bir , Azərbaycan dilinə isə ümumiyyətlə heç bir əsəri tərcümə edilməyib.

5. Qor Vidal - XX əsrin ikinci yarısında ABŞ ədəbiyyatının klassiki sayılan 86 yaşlı Qor Vidal vəfat edib. Amerikan ədəbiyyatının ən böyük esseisti  Los-Ancelesdə dünyasını dəyişib. Bu  xəbəri  Vidalın qohumları Twitter-də tvit yazaraq bildiriblər.

Vidal 1968-ci ildə çap olunmuş "Mayra Brekenric" romanından sonra dünyaca məşhurlaşıb.

6. Ahmet Fuad - Noyabrın 3-də rəhmətə gedən Əhməd Fuad Nehm Misir prezidentləri Hüsnü Mübarək, Ənvər Sadat, Həməl Əbdül Nəsir və Məhəmməd Mürsinin ünvanına yazdığı tənqidi şeirlərdən sonra populyarlaşıb. Hər bir prezidentin hakimiyyəti dövründə həbsxanada yatsa da şerlərini öz adı ilə çap etdirməkdən qorxmayıb. Nehm xalq arasında “Əl Fahumi” yəni “Cəsur”, “Qorxusuz” çağırırdılar. Nəhm “Ərəb baharı”nı dəstəkləyənlərdən biri olub.

Modern.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol