• $
  • €
  • ₽
  • ₺
  • £

Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb

Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
31.03.2026 18:07

Mayın 14-15-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Builki festival da maraqlı proqram və dünyanın müxtəlif ölkələrindən istedadlı incəsənət xadimlərinin təqdimatları ilə yadda qalacaq.

Festivalın əsas məqsədlərindən biri mədəni dialoqun inkişafına töhfə vermək və musiqiçilər arasında yaradıcılıq mübadiləsini təşviq etməkdir. Məhz bu səbəbdən zəngin mədəniyyət hadisəsi olan "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalına Azərbaycan ifaçıları və musiqi kollektivləri ilə yanaşı, ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Yaponiya və digər ölkələrdən incəsənət nümayəndələri dəvət alıb.

Festivala mayın 14-də Cıdır düzündəki konsertlə start veriləcək. Tədbir iki gün ərzində Şuşanın bir sıra məkanlarını əhatə edəcək.

Şuşanın rəmzi olan gülün adını daşıyan "Xarıbülbül" Musiqi Festivalı 1989-cu ildən keçirilir. Festival həmin il may ayında məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar Ağdam rayonunun Abdal Gülablı kəndində başlayıb, Şuşada davam edib və Ağdamda yekun konsertlə başa çatmışdı. 1990-cı ildən isə "Xarıbülbül" festivalı beynəlxalq status alıb. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib.

Vətən müharibəsindəki tarixi zəfərimizlə torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşaya qayıdıb. Festivalın bəzi konsertləri Laçın şəhərində də olub.

Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol