• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq yazıçısı Elçinin əsəri Musiqili Teatrda səhnəyə qoyulacaq

Xalq yazıçısı Elçinin əsəri Musiqili Teatrda səhnəyə qoyulacaq
04.02.2015 11:07
 Xalq yazıçısı Elçinin "Baladadaşın toy hamamı” əsəri əsasında hazırlanan musiqili komediya Azərbaycan Dövlət Musiqili Teatrında səhnəyə qoyulacaq.
Bu barədə "Report"a Musiqili Teatrın mətbuat xidmətindən məlumat verilib.


Qeyd edək ki, tamaşanın bəstəkarı Firudin Allahverdi, liberetto müəllifi isə Nofəl Vəliyevdir.

Tamaşada səslənəcək mahnıların sözləri Vuqar Əbdülova məxsusdur. Yazıçının məşhur hekayəsinin motivləri əsasında səhnələşdirilən əsərin quruluşçu-rejissoru Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət” ordenli Cənnət xanım Səlimova, quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı xalq rəssamı Tahir Tahirov, rəssamı Elgün Vəliyev, baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.

Tamaşada əsas obrazları xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Çingiz Əhmədov, Ələkbər Əliyev, Nərgiz Kərimova, Nahidə Orucova, Əkbər Əlizadə, Novruz Əliyev, aktyorlar Möylə Mirzəliyev, Gültac Əlili, Türkel Şabanova və başqaları canlandıracaqlar.

Baş qəhrəman – Baladadaş obrazını teatrın gənc aktyoru Elvin Əliyev ifa edəcək.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol