• $
  • €
  • ₽
  • ₺
  • £

Norveçdə Azərbaycan etno-caz konserti keçirilib

Norveçdə Azərbaycan etno-caz konserti keçirilib
26.05.2015 13:49
Norveçin paytaxtı Oslo şəhərində əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi "Cəngi" caz qrupunun konserti təşkil edilib.

 Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin təşkilatçılığı ilə Stovner kilsəsində gerçəkləşdirilən və üç gün davam edən etno-caz konsertində "Cəngi" qrupu tamaşaçılara maraqlı musiqi proqramı təqdim edib. Qrupun üzvləri Arzu Həsənlinin (vokal), Mircavid Cəfərovun (tar), Vasif Hüseynzadənin (piano), İsgəndər Ələsgərovun (zərb alətləri), Tural Qasımlının (piano) və Mircavad Cəfərovun (ud) rəngarəng ifaları maraqla qarşılanıb.
Konsertdə Azərbaycan Evinin musiqi bölməsinin rəhbəri, pianoçu Arzu Əliyevanın norveçli tələbəsi Edvin Knutsen pianoda "Cəngi" qrupunun üzvləri ilə birlikdə caz musiqisi ifa edib.

Oslo Meriyasının deputatı Gülay Kutal konsertdə çıxış edərək bildirib ki, belə layihələr Oslonun mədəni həyatını zənginləşdirməklə yanaşı, müxtəlif xalqlar arasında mədəni və dostluq əlaqələrinin güclənməsinə öz töhfəsini verir.

Etno-caz layihəsinin musiqimizi Avropada təbliğ etmək üçün maraqlı bir seçim olduğunu deyən Azərbaycan Evinin sədri Ramil Əliyev qeyd edib ki, bu cür proqramlar eyni zamanda azərbaycanlıların qədim və zəngin mədəni irsə malik olduğunu sübut edir. Diaspor rəhbəri gələcəkdə də Norveçdə Azərbaycan cazmenlərinin konsertini təşkil edəcəklərini deyib.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu və Norveç Gənclər Təşkilatı Milli Şurasının dəstəyi ilə həyata keçirilib. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol