• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniyada Azərbaycan mədəniyyəti gecəsi keçirildi- Fotolar

Almaniyada Azərbaycan mədəniyyəti gecəsi keçirildi- Fotolar
26.05.2015 23:07
Almaniyanın Frankfurt-Mayn şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti gecəsi keçirilib.

Heydər Əliyev Fondundan APA-ya verilən xəbərə görə, açılış mərasimində çıxış edən Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov bu mədəniyyət gecəsinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən silsilə tədbirlər çərçivəsində təşkil edildiyini bildirib. Səfir ölkəmizin Şərqlə Qərbin qovşağında yerləşməsinin onun mədəniyyət və musiqisində təcəssümü, ölkəmizin dünya musiqisinə verdiyi töhfələr və Azərbaycan xalqının musiqi beşiyi olan Qarabağın qonşu Ermənistanın işğalı altında olması barədə məlumat verib. Pərviz Şahbazov Azərbaycanın ümumi inkişafı, Azərbaycan-Almaniya  əlaqələri və son zamanlar hər iki ölkə rəsmiləri tərəfindən həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlər barədə danışıb.
 
Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci ilin əvvəlində Almaniyaya həyata keçirdiyi iki işgüzar səfərindən söhbət açan səfir bu səfərlərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Azərbaycanla Frankfurt-Mayn şəhəri arasında olan əlaqələr haqda məlumat verən səfir yerli sakinləri qarşıda gələn Birinci Avropa Oyunlarını yerində izləmək üçün Bakıya dəvət edib.
 
Tədbirin aparıcısı Azərbaycan və Almaniya arasındakı tarixi əlaqələr, Azərbaycanda mövcud olan alman irsi, Heydər Əliyev Fondunun ölkə daxilində və digər ölkələrdə mədəni irsin qorunub-saxlanılması, sosial, elm və təhsil sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verib.
 
Daha sonra caz musiqi ustaları Elçin Şirinov, Deyv Hamblet və Andrea di Biase ifasında möhtəşəm konsert proqramı təqdim edilib.
 
Tədbir çərçivəsində, həmçinin "Azərbaycanda alman izləri” adlı fotosərgi nümayiş etdirilib.
 
Qeyd edək ki, Almaniyada təşkil olunan Azərbaycan mədəniyyət gecəsində 500-dən artıq qonaq iştirak edib. Tədbir iştirakçıları sırasında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Hessen federal torpağının hökumət və parlament nümayəndələri, Frankfurt-Mayn şəhər bələdiyyəsinin üzvləri, Almaniyada akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri, Almaniyanın ictimai-siyasi, mədəni, elmi dairələri və mətbuat təmsilçiləri olub.
 


























www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol