• $
  • €
  • ₽
  • ₺
  • £

"İpək Yolu" VI Beynəlxalq Musiqi Festivalı başa çatdı

"İpək Yolu" VI Beynəlxalq Musiqi Festivalı başa çatdı
06.07.2015 10:08
 Şəkidə keçirilən "İpək Yolu" VI Beynəlxalq Musiqi Festivalı başa çatıb.

"Report" xəbər verir ki, iyulun 1-dən 5-dək davam edən festivalın son günündə Şəki Xan Sarayının həyətində muğam konserti keçirilib. Konsertdə əməkdar artist Sahib Paşazadənin rəhbərliyi ilə instumental ansambl çıxış edib. Gənc xanəndə, Akademik Opera və Balet Teatrının solisti Arzu Əliyevanın ifasında muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib.

Axşam isə Şəkinin "Yay Teatrı" adlanan məkanında Şəki "İpək Yolu" VI Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanışı keçirilib. Bağlanış mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun sülh artisti Firəngiz Əlizadə, Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edib, hər bir iştirakçıya, hər bir qonağa təşəkkür ediblər.

Rəsmi hissədən sonra təntənəli bağlanış mərasimi Azərbaycan Bəstəkarlar İttifaqının "Baku Sinfonietta" orkestrinin konserti ilə başa çatıb.

Orkestrin dirijoru beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadədir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol