Lənkəranda kinoteatrlar bərbad vəziyyətdədir

20:23 | 06.12.2013
Lənkəranda kinoteatrlar bərbad vəziyyətdədir

Lənkəranda kinoteatrlar bərbad vəziyyətdədir

Lənkəranda ilk kino teatr 1926-cı ildə fəaliyyətə başlayıb. İlk səssiz kino film də "Spartak" adlandırılan kino-teatrda 1927-ci ildə nümayiş etdirilib. İndi həmin vaxtdan çox illər keçib və zamanın axarı şox şeyləri dəyişdirib. Vaxtilə tamaşaçı bolluğundan basırıq olan bu kino-teatrların indi ancaq adı qalıb.ANS TV-nin məlumatına görə, şəhərin ən böyük kino teatrı olan "Nizami" 1955-ci ildən ötən əsrin son onilliyinə qədər kino sevərlərin sevimli məkanı olub.Vaxtilə tamaşaçı əlindən yer olmayan, basırıq olan "Nizami" kino-teatrı hazırda acınacaqlı vəziyyətdədir. Kino-teatrın qapıları 25 ilə yaxındır ki, tamaşaçıların üzünə kilidlənib.Şəhər sakinləri kino teatrların indi də mühüm təbliğat vasitəsi olduğu qənaətindədirlər.Şəhərdəki kino-teatrlarla bağlı Lənkəran Şəhər Mədəniyyət və Turizm şöbəsindən bildirildi ki, 2001-ci ildə pespublika prezidentinin müvafiq sərəncamı ilə Azərkino video birliyi ləğv ediləndə "Nizami" və"Spartak" kino teatrı mədəniyyət nazirliyinin tabeçiliyinə verilib. Qəza vəziyyətində olduqlarına görə onların kino teatr kimi fəaliyyəti 90-ci illərin ortalarından dayandırılıb. "Spartak" kino teatrının profili saxlanılmaq şərti ilə əmlak komitəsi tərəfindən özəlləşdirildiyini deyən şöbə rəsmisi "Nizami" kino teatrının taleyinə də aydınlıq gətirdi.“Növbəti ildə Mədəniyyət və Turizm Şöbəsi və Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən bu binanın yenidən qurulması və təmiri ilə əlaqədar olaraq investisiya proqramına salınması ilə bağlı müvafiq sənədlər təqdim olunmuş və ümid edirik ki, növbəti ildə "Nizami" kino-teatrı başlayacaqdır”.Hazırda Lənkəranda gənclərin kino-teatra olan tələbatını şəhər gənclər mərkəzindəki müasir kino zalı ödəyir. Burada 3-D sinema filmləri və ən son filmlərin nümayişi həyata keçirilir. İşin təşkilatçıları bildirirlər ki, maraq və səmərə gözlənildiyindən də böyükdür.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb