Ölkədə bank müştərilərinin sayı artıb

14:41 | 09.08.2016
Ölkədə bank müştərilərinin sayı artıb

Ölkədə bank müştərilərinin sayı artıb

Azərbaycanda bank müştərilərinin ümumi sayı ilin əvvəlindən 20172 nəfər və ya 0,35% artaraq iyulun 1-nə 5736557 nəfərə çatıb.

Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, aylıq müqayisədə 193617 nəfər və ya 3,49%, illik müqayisədə isə 322875 nəfər və ya 5,96% artım baş verib.

Hesabata əsasən, müştərilərin 98,49%-i və ya 5649934 nəfəri fiziki şəxslər, o cümlədən 183430 nəfəri sahibkarlıqla məşğul olan şəxslərdir.

Bank müştərisi olan fiziki şəxslərin sayında illik müqayisədə 6,46% və ya 342869 nəfər artım qeydə alınıb. O cümlədən sahibkarlıqla məşğul olanların sayında 8735 nəfər və ya 5,0% artım olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM