LPO ASC“Standard Insurance” əmlakı hərraca çıxarılacaq

22:06 | 19.05.2022
LPO ASC“Standard Insurance”  əmlakı hərraca çıxarılacaq

LPO ASC“Standard Insurance” əmlakı hərraca çıxarılacaq

LPO ASC"Standard Insurance” sığorta şirkətinin əmlaklarının satışı ilə bağlı hərrac keçiriləcəkdir. Bu  barədə LPO ASC"Standard Insurance” sığorta şirkətinin ləğvetmə komissiyası məlumat yayıb. 

Ləğv prosesində olan "Standard Insurance” sığorta şirkətinin ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil onların ümumilikdə satış qiyməti olan 875 000 (səkkiz yüz yetmiş beş min ) manata təkrar açıq hərraca çıxarılacaqdır. Hərrac "Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 27 may 2022-ci ildə  saat 11:00-da (növbəlilik qaydasında) keçiriləcəkdir.
 
Hərracda iştirak üçün satış qiymətinin 1%-i, yəni 8 750  ( səkkiz min yeddi yüz əlli ) manat məbləğində beh ödənilməlidir.
 
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapmışdır: 
 

 
Hərrac barədə daha ətraflı məlumatla aşağıdakı linkde tanış ola bilərsiniz:

https://e-herrac.com/advertisement/dasinmaz-emlak/menzil/aciq-herracin-kecirilmesine-dair-elan-42

Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə  satışının təşkili davam edəcəkdir  və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.

Xatırladaq ki, əmlak ilkin olaraq 2.000.000 (iki milyon) manata şatışa çıxarılmışdır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb