Martino: "Yalnız onlar bizi çempion edə bilərlər"

15:05 | 12.05.2014
Martino: "Yalnız onlar bizi çempion edə bilərlər"

Martino: "Yalnız onlar bizi çempion edə bilərlər"

"Nou Kamp"da baş tutacaq "Atletiko" ilə matçda azarkeş dəstəyinə ehtiyacımız olacaq. Yalnız onlar bizi La Liqada çempion edə bilərlər".

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Barselona"nın baş məşqçisi Xerardo Martino La Liqanın son turunda çempionun müəyyənləşəcəyi "Atletiko" ilə matç haqda fikirlərini bildirərkən deyib.

Argentinalı mütəxəssis dünən "Elçe" ilə görüşdə (0:0) alınan bir xalın onlar üçün yetərli olduğunu söyləyib: "Bir xal bizim üçün yetərli oldu. Çünki "Atletiko" və "Real" da xal itirdi. Düzdür, qələbə qazanmaq istəyirdik, bunun üçün də çox çalışdıq. Qarşılaşma ərzində "Atletiko"nun matçındakı hesabı bilmirdik. Bərabərə qalaraq çempionluq yolunda böyük risk etdiyimizin fərqindəydik".

Qeyd edək ki, La Liqada çempionun kimliyi sonuncu turda bəlli olacaq. Lider "Atletiko" səfərdə "Barselona"nın qonağı olacaq. Madrid təmsilçisi bərabərə və ya qalib gələcəyi təqdirdə çempionluğunu elan edəcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb