Mayın 23-də Bakı-Barselona aviareysi açılır

10:59 | 08.05.2015
Mayın 23-də Bakı-Barselona aviareysi açılır

Mayın 23-də Bakı-Barselona aviareysi açılır

"Azərbaycan Hava Yolları" QSC Bakıdan Barselonaya (İspaniya) birbaşa uçuşlar təşkil edəcək. Bu marşrutla aviareyslərə mayın 23-dən etibarən başlanacaq.

AZAL-dan "Report”a verilən məlumata görə, uçuşlar həftədə bir dəfə, şənbə günləri həyata keçiriləcək. Bakıdan 07:00-da hərəkət edəcək təyyarə yerli vaxtla 12:45-də Barselonada eniş edəcək, eyni gün yerli vaxtla 14:00-da Barselonadan havaya qalxacaq və 19:10-da Bakıya çatacaq.

Qeyd edək ki, aviabiletlərin qiyməti 520 manatdan başlayır və uçuşlar "Airbus-320" təyyarəsi ilə həyata keçiriləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb