Mehriban Əliyeva xalq artisti Əlibaba Məmmədovla görüşüb

19:09 | 10.02.2015
Mehriban Əliyeva xalq artisti Əlibaba Məmmədovla görüşüb

Mehriban Əliyeva xalq artisti Əlibaba Məmmədovla görüşüb

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva xalq artisti Əlibaba Məmmədovun 85 illik yubileyi münasibətilə xanəndə ilə görüşüb.

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, görüşdə M. Əliyeva bildirib ki, 85 illik yubileyi münasibətilə xanəndənin həyat və yaradıcılığına həsr olunan yeni musiqi albomuna Ə. Məmmədovun həyat və fəaliyyətindən bəhs edən kitab, onun müəllifi olduğu mahnı və təsniflərin not yazılarının yer aldığı iki nəşr və xanəndənin ifasında xalq mahnıları, təsniflər və muğamlardan ibarət 4 CD daxildir.
 
Azərbaycanın birinci xanımı Ə. Məmmədovun milli xanəndəlik məktəbinin ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsində əvəzsiz xidmətlərinin olduğunu vurğulayıb.

Ə. Məmmədov isə ona göstərilən diqqət və qayğıya görə M. Əliyevaya minnətdarlığını bildirib. Xanəndə qeyd edib ki, Heydər Əliyev Fondu prezidentinin birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülür.


ANN.Az

 
 



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb