Məmməd Arazın 80 illik yubileyi qeyd ediləcək

23:29 | 28.11.2013
Məmməd Arazın 80 illik yubileyi qeyd ediləcək

Məmməd Arazın 80 illik yubileyi qeyd ediləcək

Noyabrın 29-da M. F. Axundzadə adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə xalq şairi Məmməd Arazın 80 illik yubileyinə həsr edilən tədbir keçiriləcək.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, dövlət və hökumət nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin iştirak edəcəyi tədbirdə şairin həyat və yaradıcılığından söhbət açılacaq, incəsənət ustaları tərəfindən şeirləri səsləndiriləcək, sözlərinə mahnılar ifa olunacaq.

 

Nazirlikdən bildiriblər ki, Milli Kitabxananın əməkdaşlarının hazırladığı "Məmməd Araz - 80" elektron məlumat bazası və "Poeziyamızın Məmməd Araz zirvəsi" adlı kitablardan və qəzet jurnal materiallarından ibarət sərgi tədbir iştirakçılarına təqdim olunacaq. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb