Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı

11:53 | 12.01.2015
Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı

Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı

Məşhur media maqnatı Robert Murdok "Tvitter"də yazdığı "Keçən həftə Parisdə törədilən terror hücumlarına görə müsəlmanlar məsuliyyət daşıyırlar" ifadəsinə görə tənqidlərlə üzləşməkdə davam edir. 

ANN.Az-ın "CNN"ə istinadən verdiyi xəbərə görə, Murdokun İslam və cihadla bağlı işlətdiyi ifadələrə dünyanın bir çox məşhurları qarşı çıxıblar. "Ola bilsin müsəlmanların çoxu sülhpərvərdirlər, ancaq onlar cihad xərçəngini qəbul etmədikcə, bunu məhv etmədikcə, bu məsələdə məsuliyyət daşıyacaqlar", - "Cihad Fələstindən Afrikaya, Avropadan ABŞ-a bütün dünyanın təhdid edir. Polit korrektlik isə inkarçılıq və ikiüzlülükdən başqa bir şey deyil", - məşhur milyarder başqa tvitlərində yazıb. 
 

"Harry Potter" kitablarının müəllifi, dünyanın ən çox qazanan yazıçısı J.K. Roulinq xristianlıqdan sitat gətirməklə Murdoka cavab verib: "Mən xristian kimi doğulmuşam. Əgər Robert Murdok mənə görə məsuliyyət daşıyırsa, mən kilsədən çıxıram". 

"Əgər bir neçə radikal ekstremistin əməllərinə görə bütün müsəlmanlar məsuliyyət daşıyırsa, onda İspan inkvizisiyası, xristian fundamental zorakılığı da mənim günahımdır", - J.K Roulinq davam edib. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb