Milli Kitabxanada “Baladadaşın toy hamamı” - FOTOLAR

16:39 | 09.06.2016
Milli Kitabxanada “Baladadaşın toy hamamı” - FOTOLAR

Milli Kitabxanada “Baladadaşın toy hamamı” - FOTOLAR

Azərbaycan Dövlət Musiqili Teatrının bir qrup yaradıcı heyəti ilə Azərbaycan Milli Kitabxanasında görüş keçirilib.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Xalq yazıçısı Elçinin "Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasının yaradıcı heyəti Milli Kitabxananın kollektivinin qonağı olub. Əvvəlcə Milli Kitabxananın direktoru Kərim Tahirov görüşün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Musiqili Teatr və Milli Kitabxananın birgə təşkilatçılığı ilə keçirildiyini qeyd edib. Sonra söz Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə verilib. "Bu yaxınlarda Sizin kollektiv teatrımızın hazırladığı ən uğurlu tamaşalardan biri olan "Baladadaşın toy hamamı” tamaşasını izlədi. Bu gün isə biz tamaşa haqqında fikirlərinizi öyrənmək üçün sizə qonaq gəlmişik. Düşünürəm ki, bu yöndə əlaqələrimizi daha da inkişaf etdirməliyik. Teatrın yaradıcı heyəti ilə tamaşaçılar arasında keçirilən hər bir görüş yalnız ümumi işin xeyrinə ola bilər. Ən böyük tənqidçi tamaşaçıdır. Biz sizin fikirlərinizi, təkliflərinizi dinləməyə hazırıq. Əminəm ki, bu görüş bizim yaradıcı heyətə də əlavə stimul verəcək. Bu baxımdan çox istərdim ki, bu qəbildən olan görüşlər tez-tez keçirilsin və bir ənənə halını alsın”, - deyə Əliqismət Lalayev bildirib. Sonra isə Ə. Lalayev görüşdə iştirak edən yaradıcı heyəti - quruluşçu-rejissor, Xalq artisti, "Şöhrət” ordenli Cənnət Səlimovanı, bəstəkar Firudin Allahverdini, Xalq artisti Fatma Mahmudovanı (Zibeydə), Əməkdar artistlər Nahidə Orucovanı (Şəfiqə), Səidə Şərifəliyevanı (Sevil), aktyorlar Əmrah Dadaşovu (Baladadaş), Mehriban Zalıyevanı (Bikə), Ülviyyə Əliyevanı (Anaxanım), Nigar Qarayevanı (Suğra), Truppa müdiri, Əməkdar mədəniyyət işçisi Vidadi Məmmədovu, teatrın Ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızını, Ədəbi hissənin əməkdaşı Vəfa Mühacirovanı görüş iştirakçılarına təqdim edib.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları Mehriban Cəfərova, Məlahət Talıbova, Gülər Hüseynova, Fəridə Hacıyeva və başqaları "Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyası ilə bağlı təəssüratlarını bölüşüblər. Tamaşadan böyük zövq aldıqlarını bildirərək yaradıcı heyətə müxtəlif suallarla müraciət ediblər.

Səmimi keçən tədbirin sonunda Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev Azərbaycan Milli Kitabxanasının əməkdaşlarını 24 iyun tarixində saat 19.00-da dahi bəstəkar Fikrət Əmirovun ölməz musiqiləri və "Min bir gecə” nağıllarının motivləri əsasında hazılanan "999-cu gecə” musiqili nağıl-tamaşasının premyerasına dəvət edib.

Qeyd edək ki, "Baladadaşın toy hamamı” tamaşasının quruluşçu-rejissoru, Xalq artisti, "Şöhrət” ordenli Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, quruluşçu-drijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeystrləri Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Tamaşada səslənən manhnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları Xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, aktyorlar Məhərrəm Qurbanov, Əmrah Dadaşov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Nadir Xasıyev, Mehriban Zalıyeva, Gülcahan Salamova, Ağaxan Şərifov, Fərid Rzayev, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Elçin İmanov, Nigar Qarayeva, Gülnarə Abdullayeva, Elxan İsmayılov, Elnarə Nağdəliyeva, Şaban Cəfərov, Gülnarə Əzizova, Rahib Məmmədzadə və başqaları ifa edirlər. Əsər növbəti dəfə iyunun 11-də saat 19.00-da nümayiş olunacaq. 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.
 









www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb