İnnovativ
mədəniyyətin inkişafına dəstək verən Azərbaycan Beynəlxalq Bankı IBA Tech
Akademiyası ilə birgə ölkəmizdə ilk dəfə olaraq regional hakaton elan edib.
"IBA Regional Hackathon” adı altında həyata keçirilən bu təşəbbüs FinTech sferasında
ən genişmiqyaslı ideya marafonudur.
Hakatonlarda müvafiq bacarıqlara malik peşəkarlar
müəyyən mövzularda problemlər ətrafında bir araya gəlir. Problemləri yaradıcı şəkildə
həll etmək üçün proqramlaşdırma layihələri hazırlayır.
29
fevral - 1 mart tarixlərində keçiriləcək "IBA Regional Hackathon”unda proqramçılar,
dizaynerlər, sahibkarlar, eləcə də maliyyə-texniki sahədə innovasiyaların tətbiqi
və inkişafı ilə maraqlanan hər kəs
iştirak edə bilər.
İştirakçılar təşkilati tərəfin formalaşdırdığı komandalarda
çalışacaq, digər komanda yoldaşları ilə birgə mövcud problemlərə kreativ həllər
taparaq öz layihələrini münsiflərə təqdim edəcəklər.
"IBA
Regional Hackathon”da formalaşmış komandalara bir neçə mövzu seçimi təklif ediləcək.
Bununla belə iştirakçılar özləri də müstəqil şəkildə təşəbbüslər irəli sürə bilərlər.
Kiçik və orta sahibkarlığa dəstək, ödənişlər, müştəri məmnuniyyəti və
loyallığına dair innovativ ideya və həllərə xüsusi üstünlük veriləcək.
Burada
Azərbaycandan və qonşu ölkələrdən olan 150-dən çox iştirakçıdan formalaşmış ən
azı, 35 komandanın gərgin yarışması gözlənilir. Komandalara kömək üçün onlarla
dünyanın müxtəlif ölkələrindən dəvət edilmiş 25 peşəkar mentor çalışacaq.
Mentorlar da, "IBA Regional Hackathon”una metodoloji dəstək verən təşkilati
komanda da Intel, Raiffeisen Bank International, Facebook, Amazon, Vodafon kimi
şirkətlər üçün də bu cür tədbirlərin keçirilməsi prosesində iştirak edib.
Hakaton
iştirakçılarına öz layihələrinin prototipini hazırlamaqdan ötrü 36 saat vaxt
veriləcək. Ən yaxşı layihələr mükafatlandırılacaq. 1-ci yerin qalibi üçün 10000, 2-ci yerin qalibi üçün
5000, 3-cü yerin qalibi üçün 3000 manat məbləğində mükafat nəzərdə tutulub.
İştirakçı irəli sürdüyü ideyanın FinTech və ya bank sistemlərinə gələcək
faydalarını göstərə bilsə, təşkilatçı tərəf ideyanın həyata keçirilməsinə dəstək
verəcək. Seçilmiş layihələrin müəllifləri layihələrini Azərbaycan Beynəlxalq
Bankı ilə birgə reallaşdırmaq imkanı qazanacaqlar.
Azərbaycan
Beynəlxalq Bankının və bankın törəmə müəssisələri olan "Azerikard” prosessinq mərkəzinin
və "Bank ABB-Moskva”nın əməkdaşları "IBA Regional Hackathon”unda iştirak etmir.
Azərbaycan
Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Biz çox sürətlə dəyişən dünyada yaşayırıq.
Həyatımızı bu dəyişikliklərlə uzlaşdıra biləcək yeni ideyalara ehtiyac var. "IBA Regional Hackathon”-unun keçirilməsi
və Azərbaycan Beynəlxalq Bankının yerinə
yetirdiyi digər innovativ layihələr də bu zərurətdən irəli gəlir. Ötən ilin
sentyabrında IBA Tech Akademiyasını yaratdıq.
"IBA Regional Hackathon”u isə Azərbaycanda
innovasiyalar bazarının lideri olmaq üçün növbəti addımımızdır. Bu təşəbbüs
innovativ ideyalara malik istedadlara dəstək
olacaq. Onları bir araya gətirəcək, ölkəmizdə IT ekosisteminin inkişafına təkan
verəcək. Əlbəttə, bu tədbir IT və biznesin inteqrasiyasına, maliyyə-texniki sahədə
bir sıra faydalı innovativ layihələrin reallaşdırılmasına da kömək göstərəcək”.
"IBA
Regional Hackathon” Bakı Ekspo Mərkəzində təşkil olunacaq. Ətraflı məlumat və
qeydiyyat üçün: https://www.ibahackathon.com
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !