Moskva və Tehran əməkdaşlığı artıracaq

20:00 | 17.08.2015
Moskva və Tehran əməkdaşlığı artıracaq

Moskva və Tehran əməkdaşlığı artıracaq

"Kreml İrana qarşı beynəlxalıq sanksiyaların götürülməsindən sonra Tehranla hərbi-texniki əməkdaşlığı genişləndirmək fikrindədir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov avqustun 17-də Moskvada iranlı həmkarı Javad Zariflə görüşdən sonra deyib.

Rusiya KİV-lərinin məlumatına görə görüşdə Rusiyanın İrana S-300 raket kompleksləri satmasının mümkünlüyü və İranda atom elektrik stansiyalarının tikintisi ilə bağlı yeni müqavilələr müzakirə olunub.

Lavrovla Zarif Suriyadakı vətəndaş müharibəsinin dinc yolla həllində birgə vasitəçilik təşəbbüsünü də müzakirə ediblər.

Hər iki ölkə Suriya prezidenti Bashar al Assadın istefası ilə bağlı çağırışları rədd edir.

ABŞ, Avropa Birliyi, Fars Körfəzi ölkələri və Suriya müxalifəti Assadın hakimiyyətdə qalacağı halda istənilən sülh planını rədd edirlər. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb