Müharibədən sonra nə qədər erməni Qarabağa qayıdıb? - DETALLAR - VİDEO

16:02 | 15.09.2021
Müharibədən sonra nə qədər erməni Qarabağa qayıdıb? - DETALLAR - VİDEO

Müharibədən sonra nə qədər erməni Qarabağa qayıdıb? - DETALLAR - VİDEO

İkinci Qarabağ müharibəsindən sonra Qarabağda qanunsuz yaşayan ermənilərin öz ölkələrinə köçü başlayıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan bölgələrdə yaşamasalar da, Rusiya sülhməramlıların nəzarətində olan ərazidə yaşayırlar. Müharibə zamanı bölgədən qaçan ermənilərin bəziləri artıq geri qayıdıb. 
 
Ermənistan Milli Statistika Xidmətinin Araşdırma və Xəbərlər Departamentinin rəhbəri Leonid Soqomonyan deyib ki, indiyədək Qarabağda olan 986 ailə araşdırılıb və onlardan 408-i hazırda paytaxt İrəvanda məskunlaşıb. Bu da Qarabağda yaşayan ermənilərin, ümumilikdə, 48,4 faizini təşkil edir. 
 
Qondarma rejimin sosial və miqrasiya məsələləri naziri Mane Tandilyanın sözlərinə görə, hazırda Qarabağda 120.000 erməni yaşayır. Rusiya sülhməramlıları isə müharibədən sonra Qarabağa qayıdan erməniləri də nəzərə almaqla, hazırda 52.415 erməninin yaşadığını bildirib. 
 
BMT-nin Qaçqınlar üzrə Bürosu Qarabağda yaşayan ermənilərin 21.750 nəfər olduğunu bildirib. 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə 2021-ci il yanvarın 5-i Qarabağda 47.188, iyulun 24-ü isə 25.000 erməninin olduğunu açıqlayıb.


Fehruz Rza 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb