Ümumdünya Səhiyyə Təşkilatına terrorçu rəhbərlik edir? - İDDİA + RƏSMİ MÖVQE

15:41 | 11.08.2022
Ümumdünya Səhiyyə Təşkilatına terrorçu rəhbərlik edir? - İDDİA + RƏSMİ MÖVQE

Ümumdünya Səhiyyə Təşkilatına terrorçu rəhbərlik edir? - İDDİA + RƏSMİ MÖVQE

Ümumdünya Səhiyyə Təşkilatının icraçı direktoru Tedros Adhanom Gebreyesus etno-faşist terror təşkilatına üzvlük, diktator köməkçisi, üç dəfə epidemiyanın ört-basdır edilməsi və müxalif siyasətçilərin oğurlanmasının təşkili kimi əməllərdə adı hallanır. ÜST-nin direktorunun geniş yayılmış CV-də yazılmayan qaranlıq keçmişi Çin-ÜST tərəfdaşlığını daha da başa düşülən edir.
 
Dünyanın 2 ildir ki, COVID pandemiyası ilə mübarizə etdiyi dönəmdə Ümumdünya Səhiyyə Təşkilatının icraçı direktoru gündəmdən düşməyən şəxslərdən oldu. Türkiyənin GZT adlanan "Youtube" kanalı  və digər  türk KİV-i təşkilatın icraçı direktoru Tedros Adhanom Gebreyesus haqqında araşdırma edib.
 
Tedros Adhanom Gebreyesus 2017-ci il mayın 23-dən ÜST-yə rəhbərlik edən ilk Afrikalı, həkim olmayan şəxs olub. Tedros 185 səsdən 133 səs ilə bu vəzifəyə təyin edilib. 

Lakin bu təyinatdan əvvəl uzun müddət Efiopiyada nazir postlarında yer alan Tedrosun həyatı barədə geniş məlumat heç bir rəsmi saytda yer almayıb.

Tedrosun həyatı haqqında danışmağa onun məşhurlaşan CV-sindən başlamaq faydalıdır.
 
Tedrosun təhsili barədə Ümumdünya Səhiyyə Təşkilatının rəsmi saytı yazıb. Belə ki, Qebreyesus 1965-ci ildə Şərqi Afrikanın Asmara şəhərində, Eritreyada Adhanom Ghebreyesus və Melashu Weldegabir ailəsində anadan olub. Tedros London Universitetində Yoluxucu Xəstəliklərin İmmunologiyası üzrə Elm Magistrini (MSc), Fəlsəfə Doktoru (PhD) qazanmadan əvvəl Asmara Universitetini Biologiya üzrə bakalavr dərəcəsini bitirib. O, Nottingem Universitetində doktorluq dərəcəsi qazanıb. Onun dissertasiya işi Efiopiyada maliyariyanın ötürülməsinə bəndlərin təsirini araşdıran tədqiqatlara yönəlib. Tədqiqatlarından sonra doktor Tedros səhiyyə xidmətlərinin çatdırılmasını dəstəkləmək üçün Efiopiyaya qayıtdı, əvvəlcə sahə səviyyəsində malarioloq kimi çalışıb.
 
Bəs, tibb sahəsində təhsili və elmi dərəcəsi olmayan Tedrosa ÜST-ün rəhbərliyi vəzifəsi necə tapşırıldı? Sualın cavabı üçün bir az keçmişə nəzər salmaq lazımdır.
 
1974-cü ildə Efiopiyada Vətəndaş müharibəsi başlayıb. Bu vətəndaş müharibəsinin aparıcı qüvvələrindən biri kommunist fikirləri özündə cəmləşdirən, etno-faşist terror təşkilatı olan Tiqray Xalq Azadlıq Cəbhəsi(TPLF) idi. Tedros da bu təşkilatın idarə üzvlərindən, əsas şəxslərindən biri olub.
 
 
 
TPLF kimi tanınan təşkilat korrupsiya, qətl, işgəncə, qeyri-qanuni həbs, torpaqların zəbt edilməsi və yerdəyişmə kimi bir çox qanunsuz fəaliyyətə görə məsuliyyətə cəlb edilib.  Qlobal Terrorizm Məlumat Bazası (The Global Terrorism Database) tərəfindən üçüncü səviyyəli terror təşkilatı kimi qara siyahıya salınıb.
 

 
Təşkilatın lideri və sonradan ölkəni ələ keçirən diktator Meles Zenavi ilə çox yaxınlığı ilə tanınan Tedros 2005-2012-ci illərdə Səhiyyə naziri, 2012-2016-cı illərdə isə Xarici İşlər Naziri vəzifələrində çalışıb. Lakin Tedros sıradan bir dövlət katibi deyildi. Zenavinin sağ əli kimi o, TPLF-dən gələn terror ənənəsini davam etdirirdi.
 
Tedrosun inqilabdan əvvəl rəhbər vəzifədə bir çox terror fəaliyyətində aparıcı rollar oynadığı bildirilir. O, Xarici İşlər Nazirliyində olduğu müddətdə də bu fəaliyyətini davam etdirib. Onlardan biri də adam oğurluğudur. Tedros keçmiş müxalifətçi siyasətçinin Sana Beynəlxalq Hava Limanından qaçırılmasını təşkil edənlərdən biri olduğu deyilirdi.

Bu prosesi qısaca təsvir edim.

2014-cü il mayın 13-də axşam o vaxtkı xarici işlər naziri Tedrosun başçılıq etdiyi Efiopiya nümayəndə heyəti Sanaya uçdu. Ertəsi gün onlar Yəmən liderləri ilə təhlükəsizliklə bağlı yüksək səviyyəli görüş keçirməli idilər. Yəmənin diktator rejimi ilə Efiopiyanın faşist rejiminin nümayəndələri əvvəllər dəfələrlə görüşmüşdü, lakin bu, Efiopiya Xarici İşlər Naziri Tedrosun təkidlə məcbur etdiyi özəl görüş idi. 
 

 
Tedros Efiopiyadan qaçan müxalifləri tapmaq və geri qaytarmaq üçün Sana Beynəlxalq Hava Limanından istifadə edilməsini istəyirdi. Yəni açıq şəkildə ifadə etsək, Yəmənin Səna Beynəlxalq Hava Limanını adam oğurluğu fəaliyyətinə açmasını istəyirdilər.

Tedrosun siyahısının başında Andarqachew Tsege adlı britaniyalı müxalif siyasətçi olub. 2005-ci ildə Efiopiyada dəyişiklik və demokratiya hərəkatı zamanı əsas fiqur olan Tsege 2009 və 2012-ci illərdə Efiopiyanın etno-faşist hökuməti tərəfindən iki dəfə ölüm cəzasına məhkum edilib. 
 

 
Nümayəndə heyətinin rəhbəri kimi Tedros prezident Mansur Hadi ilə bu məsələni müzakirə edib və razılıq əldə edib. O, hətta bu görüşü Twitter hesabında da elan edib.
 

 
Bu açıqlamadan təxminən bir ay sonra - 22 iyun 2014-cü il bazar günü Sana hava limanına enən Tsege, Efiopiya Kəşfiyyat İdarəsinin rəisi Getachew Assefa tərəfindən göndərilən 6 nəfərlik qrup tərəfindən qaçırıldı. Bəzi mənbələrə görə, Tedros bu qaçırma fəaliyyətini sürətləndirmək üçün Yəmən təhlükəsizlik rəsmilərinə əlavə 9 milyon dollar da ödəyib.
 

 
Tseqenin qaçırılmasından sonra Avropa Birliyi ölkələrindəki efiopiyalı müxalif siyasətçilər işə qarışıb. Tsege-nin Yəmənə son uçuş üçün rezervasiya etdiyini bildirən müxalifətin birbaşa Yəmənin üzərinə atması ölkəni narahat edib. Onlar əvvəlcə ittihamları rədd etdilər, sonra Tsegenin sərbəst buraxılacağını izah etməli oldular. Bununla belə, çox gecikdilər. Tsege 4 illik həbsxana həyatına Efiopiyaya qayıdan imtiyazlı təyyarəyə minərək başladı. 2018-ci ildə britaniyalı siyasətçi Ceremi Korbin Tsegenin azadlığa buraxılması üçün video yayımladı. Bu siyasətçilərin və ailəsinin qətiyyətli mövqeyi ilə Efiopiya 2018-ci ildə Tsegeni azad etdi və müxalif siyasətçi ailəsinə qovuşdu.
 


Terror təşkilatı üzvü və diktatorun sağ əli olan Tedrosun "bu keçmişi var, amma ən azından səhiyyə sahəsində yaxşı işlər görüb” deyə bilərsiniz. Əslində bu əxlaqsız və qaranlıq keçmişin Ümumdünya Səhiyyə Təşkilatının prezidentlik kriteriyalarında yeri olmadığını, əksinə epidemiyalara qarşı uğurlu fəaliyyət apardığını düşünə bilərsiniz. Ancaq burada maraqlı bir fakt qarşımıza çıxır.

Daha əvvəl qeyd etdiyim kimi, Tedros 2005-2012-ci illərdə Efiopiyanın Səhiyyə Naziri vəzifəsində çalışıb. Bu vəzifə müddətində ölkədə 3 dəfə ağır vəba epidemiyası baş verib. Bu epidemiyaların hər birində - biri 2006-cı ildə, biri 2009-cu ildə, digəri isə 2011-ci ildə yüzlərlə insan həlak olub.

Tedros bu epidemiyaların hər birini "kəskin sulu ishal" kimi təsnif etdi və heç birini vəba epidemiyası hesab etmədi. New York Times qəzetinin 2017-ci ildə verdiyi xəbərə görə, Tedros Efiopiyanın Səhiyyə Naziri olduğu müddətdə üç ayrı epidemiyanı ört-basdır etməkdə günahlandırılıb. Ölümcül vəba epidemiyaları Tedros tərəfindən "kəskin sulu ishal" kimi təsvir edilmişdir.

Bir qrup amerikalı həkim Tedrosun əleyhinə məktub yazıb. Məktubda onlar Tedrosu Afrika diktatorlarını utandırmamaq üçün ölümcül bir epidemiyanı gizlətməkdə günahlandırdılar.

Qırğınların səbəbkarından terror təşkilatına üzvlüyünə, müxalif siyasətçilərin qeyri-qanuni oğurlanmasına, Afrika diktatorlarını şərəfləndirmək üçün epidemiyanın qarşısını almağa qədər bir qaranlıq keçmişə sahib olan Tedrosun bu gün özünü Çin üçün niyə səfərbər etməsi məntiqli görünməyə başlamışdı. Kommunist TPLF-dəki mövqeyi onu əbədi kommunist mübarizəsində Çin sədri Si Cinpinin yaxın dostuna çevirmişdi.

Doğrudan da, bu yaxınlıq yeni deyil. Məsələn, Efiopiya xarici işlər naziri vəzifəsində çalışarkən Çinin Efiopiyada ticarət həcmini genişləndirmək istəyini izah etdiyi aşağıdakı feysbuk paylaşımı isbat edir.
 

Afrika İttifaqının sədrliyi dövründə Tedros müxtəlif infrastruktur sərmayələri paketini özündə birləşdirən Vision 2063-ə öncülük etdi. Çinin Tedrosun vətəni Efiopiya ilə əlaqələri bunlarla məhdudlaşmır. Ölkənin ən mühüm nəqliyyat layihələrindən biri olan Əddis Əbəbə - Cibuti dəmir yolu layihəsi Çin tərəfindən maliyyələşdirilib. Nildə tikilməkdə olan nəhəng Hidase Anbarı layihəsi də bu çayın hövzəsindəki bir çox enerji layihəsində olduğu kimi Çin tərəfindən maliyyələşdirilir.

Tedros Ümumdünya Səhiyyə Təşkilatına rəhbərlik etmək istəyəndə, təbii ki, ən böyük dəstəyi Çindən aldı.

Çinlə yüksək büdcəli biznesi ilə tanınan və özünü "yüksək riskli ictimai strategiya firması” adlandıran ABŞ-da yerləşən ən yaxşı lobbi şirkəti olan Merkuri şirkəti (Mercury Public Affairs) namizədlik prosesi zamanı Tedrosun tərəfdarı olub. Tedrosun terror və epidemiya gizlətmə tarixini qaraldan sözügedən firma onu malyariyaya qalib gəlmiş, HİV-i aradan qaldıran, uşaq ölümlərini azaldan və minlərlə klinika tikən biri kimi təqdim etməyə nail olmuşdu. 

ABŞ-da yerləşən Merkuri şirkəti 2018-ci ildə Çində yerləşən müşahidə və təhlükəsizlik sistemləri istehsalçısı Hikvision ilə 840 min dollarlıq müqavilə imzalayıb. Uyğurları üz cizgilərindən tanıyan kamera kimi texnologiyaların memarı olan Hikvision Çin dövlətinə vətəndaşlarına qarşı istifadə edəcəyi yüksək texnologiyalar təklif edir. Sadə bir media skanı ilə başa düşülür ki, Hikvision hətta Merkuri şirkəti vasitəsilə senatorlara müraciət edərək ABŞ hökumətinin sanksiyalarını deşib aradan qaldırıb. Qeydlərə görə, Merkuri lobbiçiləri bir çox ABŞ rəsmilərinə ayda 840.000 dollar və ya 70.000 dollar müqabilində Hikvision şirkəti ilə telefon, mətn və ya e-poçt vasitəsilə əlaqə saxlayıb.
 

 
Bu, Tedrosun makiyaj biznesini idarə edən şirkətdir. Təbii ki, nə qədər makiyaj etsən də, onun diktator, kukla terrorçu kimliyini gizlətmir. Tedros Ümumdünya Səhiyyə Təşkilatını təhvil aldıqdan bir neçə ay sonra, o, keçmiş Zimbabve diktatoru, insan hüquqlarının pozulması ilə məşhur olan Robert Muqabenin Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiri olmasını dəstəklədi. Qarşılaşdığı beynəlxalq reaksiyadan sonra bir addım geri çəkilsə də, bu qəribə an yaddaşlara həkk olundu.

Bütün bunları nəzərə alsaq, terror təşkilatına üzvlüyündən ÜST-nin rəhbəri olmuş Tedrosun hazırkı pandemiya ilə bağlı özünü Çin Kommunist Partiyasının yoldaşı kimi aparması qətiyyən təəccüblü deyil. 
 
Yuxarıda yazılan iddialar barədə ÜST-ün Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Fanara Bünyadzadədən rəy almaq istədik. O, bu iddiaların hamısını konspiroloji nəzəriyyə ( ictimaiyyət tərəfindən müəyyən bir şəkildə qəbul edilmiş hər hansı bir hadisə haqqında inkişaf etdirilmiş, ictimaiyyətdən saxlandığı iddia edilən məlumatlarla, gizli məlumatlara və ya hadisənin arxasındakı görünməyən güclərlə əlaqələndirilən alternativ şərhlər) adlandırdı. Bünyadzadə qeyd etdi ki, Tedros barədə yeganə düzgün məlumat ÜST-ün rəsmi saytında olan və ona istinad edilən informasiyalardır. 
 
Beynəlxalq mediada, ÜST rəsmiləri tərəfindən bu iddialara başqa münasibət bildiriliməyib. Tam əksinə bu mövzuda olan yazıların bir qismi google axtarışında çıxsa da, hiperlinkə daxil olarkən məlumatı tapmaq mümkün olmur. Məlumat yalandırmı silinib, yoxsa sildirilibmi bu müəmmalıdır.
 
Xəbərin tərcümə edildiyi mənbə: Buradan bax
 
Ləman Qasımova
 
İSTİQAMƏT:5.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

www.anews.az
1
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb