Müsəlmanlar Ayasofyanı camı eləməyi tələb edib

18:43 | 13.05.2017
Müsəlmanlar Ayasofyanı camı eləməyi tələb edib

Müsəlmanlar Ayasofyanı camı eləməyi tələb edib

Hurriyet-in məlumatına görə, İstanbulda müsəlmanların böyük bir qrupu Ayasofya qarşısında namaz qılaraq, onun yenidənməscidə çevrilməsini tələb ediblər.
 
Həmin qrup mayın 13-də Ayasofiyanın ətrafına toplaşıblar. Hal-hazırda Ayasofiya xristian kilsəsi kimi deyil, muzey kimi fəaliyyət göstərir. Lakin İstanbulun fəthindən sonra bir neçə əsrlər boyunca məscid kimi istifadə olunub.
 
Nəşrin məlumatına görə, aksiyanı Anadolu Gənclik Dərnəyi (AGD) təşkil edib. Aksiya İstanbulun fəth olunduğu və Ayasofiyanın məscidə çevrilməsi günü keçirilib.
 
 
537-1453-cü illərdə Ayasofya kafedral kilsə kimi fəaliyyət göstərib və Konstantinopol Patriarxının iqamətgahı olub. Yalnız 1935-ci ildə Ayasofiya xristianlıq və İslamın elementlərini özündə əks etdirən muzeyə çevrilib.  .


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb