Nardaranda süni torpaq sahələri yaradıla bilər- Rəşad İsmayılov

12:34 | 17.04.2024
Nardaranda süni torpaq sahələri yaradıla bilər- Rəşad İsmayılov

Nardaranda süni torpaq sahələri yaradıla bilər- Rəşad İsmayılov

Nardaranda süni torpaq sahələri yaradıla bilər. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Rəşad İsmayılov deyib. 

"Qanun Cənub və şimal bölgəsi üçün də bu adaların salınmasını nəzərdə tutur. Bu adaların Nardaranda da yaradılması planları var. Müraciətlər çox deyil. İqtisadi risklər çoxdur. Məhdudiyyətlərlə yanaşı qanunverici sahibarkar üçün maksimal şərait yaradır.Bu layihələr Azərbaycanın yeni siması olacaq. Dünyada belə təcrübələr var. Xəzərdə də belə layihələrin icrası üçün imkanlar yaradırıq. İnanmırıq ki, bu layihələr kütləvi olsun”, - qurum rəsmisi aprelin 17-də  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb