Natəvan Qədimova nazir təyin edildi

08:17 | 25.04.2018
Natəvan Qədimova nazir təyin edildi

Natəvan Qədimova nazir təyin edildi

Naxçıvan Muxtar Respublikasının  mədəniyyət naziri təyin edilib.

Anews.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən Natəvan Qədimova Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri təyin edilib.
 
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 23-də mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında  Sərəncam imzalayıb. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti yaradılıb.

N. Qədimova bundan əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri vəzifəsində çalışıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb