Nazirlər millimizə belə dəstək oldular - VİDEO

22:30 | 04.09.2015
Nazirlər millimizə belə dəstək oldular - VİDEO

Nazirlər millimizə belə dəstək oldular - VİDEO

Onlar qarşılaşmanı rəsmilər üçün ayrılmış VİP lojadan izləyiblər.

Dünən "Bakcell Arena”da AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və Xorvatiya arasında keçirilən oyunu bir sıra dövlət rəsmiləri də izləyib. 

Oxu.Az xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov, mədəniyyət və turizm naziri Əbülfəs Qayayev, SOCAR və AFFA-nın prezidenti Rövnəq Abdullayev da millimizə dəstək verənlər arasında olub. 

Onlar qarşılaşmanı rəsmilər üçün ayrılmış VİP lojadan izləyiblər. 

Yığmamızın qarşılaşmadan 1 xalla ayrılması nazir E.Məmmədyarovu da sevindirib. O komandamızın Xorvatiya yığması ilə bərabərliyə qalmasını fit çalmaqla qeyd edib.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb