Nazirlik rəsmisi: Vergi yoxlamalarının sayı 2,3 dəfə azalıb

16:30 | 08.06.2016
Nazirlik rəsmisi: Vergi yoxlamalarının sayı 2,3 dəfə azalıb

Nazirlik rəsmisi: Vergi yoxlamalarının sayı 2,3 dəfə azalıb

2015-ci ilin oktyabr ayının 1-nə olan səyyar vergi yoxlaması üzrə açılmış qərarların sayı 4704 olduğu halda, 2016-cı ilin iyunun 1-i tarixinə onların sayı 2034 olub ki, bu da səyyar vergi yoxlaması qərarlarının sayının təxminən 2,3 dəfə azalması deməkdir.

Oxu.Az xəbər verir ki, bu sözləri "Vergilər qəzet”inə müsahibəsində Vergi Auditi və operativ vergi nəzarəti idarəsinin rəisi Toğrul Quliyev bildirib.

Onun sözlərinə görə, 2016-cı ilin yanvar-may ayları ərzində 2509 səyyar vergi yoxlaması başa çatıb ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2219 ədəd və ya 46,9% az olub.

Nazirliyin rəsmisi əlavə edib ki, tətbiq edilmiş cərimə və sanksiyaların məbləği isə 10 milyon 963,6 min manatdan 387,3 min manata enib:

"2015-ci ilin yanvar-may ayları ərzində 36066 vergi ödəyicisi üzrə vergi nəzarəti tədbiri keçirilərək 38190 akt tərtib edildiyi halda, 2016-cı ilin eyni dövrü üzrə 4242 vergi ödəyicisi üzrə vergi nəzarəti tədbiri keçirilərək 4743 akt tərtib edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzarət tədbirləri ilə əhatə olunmuş vergi ödəyicilərinin sayının 8,5 dəfə azalması deməkdir”.

Operativ vergi nəzarəti tədbirləri zamanı keçən ilin yanvar-may aylarında tətbiq edilmiş inzibati cərimə və maliyyə sanksiyalarının məbləği 10 milyon 963,6 min manat olduğu halda, bu ilin cari dövrü ərzində bu göstərici cəmi 387,3 min manat təşkil edib.

Operativ vergi nəzarəti tədbirləri zamanı aşkarlanmış 1835 hal üzrə vergi ödəyicilərinin vergi qanunvericiliyinin pozulması halları üzrə məsuliyyətdən imtina qərarları çıxarılıb ki, bu da həmin vergi ödəyicilərinin maliyyə itkilərinə məruz qalmamasına imkan verib”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM