Nazirlikdən xəbərdarlıq: Bunlardan istifadə etməyin!

12:08 | 08.06.2018
Nazirlikdən xəbərdarlıq: Bunlardan istifadə etməyin!

Nazirlikdən xəbərdarlıq: Bunlardan istifadə etməyin!

Bu gün bir sıra ölkələr polietilen torbalar və plastik qablardan imtina edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də insanları kağız paketlərdən istifadəyə səsləyir.

Axar.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova plastik qablar və polietilen torbaların insan sağlamlığı və ətraf mühitə təsiri ilə bağlı keçirilən tədbirdə deyib:

"Yay fəsli ilə əlaqədar insanlar istirahət mərkəzləri, parklara üz tutur. Təəssüf ki, istirahətdən sonra polietilen torbaları və paketləri təbiətə atırlar”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat şöbəsində ictimaiyyətlə əlaqələr və təbliğat sektorunun müdiri Umayra Tağıyeva da çıxışında bildirib ki, artıq dünyada 40 ölkədə plastik qablardan istifadəyə qadağa qoyulub və ya məhdudlaşdırılıb:

"Müəyyən problemlər dövlət səviyyəsində həllini tapmalıdır. Bu problemin həlli ilk növbədə istehsalın qadağan edilməsindən başlaya bilər. Əhali ilə özü fərd olaraq bu məsələyə necə tövfə verə biləcəyini düşünməliyik. İstehlakçılar mağazada alış-veriş edərkən şüşə və paket qablaşdırmada olan məhsullara önəm verilə bilər. Bu məsələnin cəmiyyət tərəfindən müzakirə mövzusuna çevrilməsini istəyirik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi cəmiyyət üçün açıqdır və bu mövzuda bütün təklifləri qəbul etməyə hazırıq”.

U.Tağıyeva onu da vurğulayıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən plastik qabların yığılması üçün xüsusi konteynerlər sifariş edilib:

"Bakı, Sumqayıt və Gəncə şəhərlərinin icra hakimiyyətlərinə konteynerlərin yerləşdirilməsi üçün yerlərin ayrılması ilə bağlı məktub göndərilib. Əsasən əhalinin sıx toplaşdığı yerlərdə və parklarda quraşdırılması nəzərdə tutulub”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb