Neft bahalaşacaq

12:26 | 08.07.2020
Neft bahalaşacaq

Neft bahalaşacaq

Neftin qiymətinin bahalaşacağı proqnozlaşdırılır.

Bu barədə ABŞ-ın Enerji İnformasiyaları Administrasiyası informasiya yayıb.

Məlumata görə, bu ilin ikinci yarısından sonra dünya bazarında neftin qiymətində artım gözlənilir. Bu artım qlobal neft ehtiyatlarının azalması ilə bağlıdır.

Proqnozlara əsasən, bu ilin ikinci yarısı üzrə "Brent” markalı xam neftin bir barelinin aylıq orta qiyməti 41 ABŞ dolları, gələn il isə 50 dollar təşkil edəcək. Gələn ilin sonunda bu rəqəm 53 dollaradək artacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb