Nobel prospektində böyük tıxac yarandı

09:56 | 19.05.2015
Nobel prospektində böyük tıxac yarandı

Nobel prospektində böyük tıxac yarandı

Bu gün səhər saatlarında Bakı şəhərinin küçələrində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, hazırda Heydər Əliyev prospekti (əsas və kənar yolda), Bakı - Sumqayıt şosesi, Tbilisi prospekti (Nəqliyyat Nazirliyinin qarşsı), Qələbə dairəsi (Abdulvahab Salamzadə küçəsi istiqamətində), Həsən Əliyev küçəsi, Niyazi küçəsi (Azneft dairəsi) və Azadlıq prospekti (mərkəz istiqamətində) sıxlıq yaranıb.

"Report" xəbər verir ki, indi Nobel prospektinin Cavanşir körpüsünə doğru, "Ağ şəhər”in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin böyük sıxlığı müşahidə edilir. Burada aparılan təmir işləri ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti dünəndən hissə-hissə qismən məhdudlaşdırılıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb