Novak: Azərbaycan qazı dənizdə damladır

12:53 | 15.04.2015
Novak: Azərbaycan qazı dənizdə damladır

Novak: Azərbaycan qazı dənizdə damladır

Avropanın 2025-ci il üçün qaz idxalından asılılığı indiki 200 milyard kubmetrdən, 300 milyard kubmetrə qədər artacaq, bu barədə Rusiya Federasiyasının Energetika naziri Aleksandr Novak "Rossiya 24” telekanalına verdiyi müsahibəsində bildirib.

Oxu.Az xəbər verir ki, nazir Avropa İttifaqını siyasi tərkibi istisna edərək, konstruktiv dialoqu bərpa etməyə çağırır.

Onun sözlərinə görə, Türkiyədən keçərək Azərbaycana çatdırılacaq 10 milyard kubmetr Azərbaycan qazı Aİ-nin istehlakı üçün dənizdə damladır. Rusiyanın təchizat həcmlərini yaxın perspektivdə heç nə ilə əvəz etmək mümkün deyil.    

"Biz Avropanın şəxsi hasilat imkanını, dünyanın digər regionlarından təchizat imkanlarını dəyərləndiririk. Avropanın idxal asılılığının artacağını görürük. 2025-ci il üçün ekspertlərin qiymətləndirmələrinə görə, qaz idxalından asılılıq cari 200 milyard kubmetrdən, 300 milyard kubmetrə qədər artacaq. Bununla əlaqədar olaraq Avropanı Rusiya ilə enerji dialoqunun bərpasına çağırırıq”, - Novak qeyd edib.

Avropa İttifaqının "Türk axını” layihəsinin realizəsinə qoşulması vaxtı çatıb və infrastruktur yaratmaq üçün az vaxt qalıb.

"İlk növbədə qeyd etmək istərdim ki, bu, Avropa İttifaqının enerji məsələləri ilə məşğul olan Avropa Komissiyasının özünün həll etməli olduğu məsələdir. O, bu gün özü üçün nəticə çıxarmalıdır, Avropanın qaz təchizatı ilə təmin edilməsi üçün infrastrukturun necə inkişaf edəcəyi barədə qərar verməlidir”- Energetika Nazirliyinin rəhbəri xatırladıb.

Avropa İttifaqının üçüncü enerji paketi tamamən səmərəsizdir deyə, enerji naziri bəyan edib.

"Brüsselin apardığı siyasət nəticəsində qaz istehlakçıları və istehsalçıları arasında uzunmüddətli sabitlik pozuldu, nəticə olaraq isə Avropanın enerji təhlükəsizliyinin təminatı üçün riskin artması oldu”, Novak vurğulayıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb