OBYEKTİVDƏ: Tolstoy qəhrəmanının Azərbaycandakı baxımsız məzarı - ANN.TV

10:00 | 14.10.2015
OBYEKTİVDƏ: Tolstoy qəhrəmanının Azərbaycandakı baxımsız məzarı - ANN.TV

OBYEKTİVDƏ: Tolstoy qəhrəmanının Azərbaycandakı baxımsız məzarı - ANN.TV

Bəlkə də çox az adama bəllidir ki, Lev Tolstoyun roman qəhrəmanı olan Hacı Muradın qəbri Azərbaycan ərazisindədir. Dağıstanın Xunzax kəndində anadan olan görkəmli rəhbərlərdən biri, milliyətcə avar olan Hacı Muradın qəbri Qax rayonunun Tanqıt kəndindədir. 

ANN.TV-nin çəkiliş qrupunun hazırladığı növbəti mövzu bu tagrixi şəxsiyyətin uyuduğu qəbrin baxımsızlığına həsr olunub. Əməkdaşımız ilə söhbətində tarixçi alim Məcid Mehrani həm Hacı Murad haqqında, həm də bu tarixi qəhrəmanın qəbrinin ona məxsus olduğunu sübuta yetirən tarixçi alim haqqında məlumat verib. Tarixçinin sözlərinə görə, bu qəbrdə Hacı Muradın başsız bədəni dəfn olunub.

Mövzu ilə əlaqədar olaraq jurnalist Ülkər Abdullayevə da öz narahatlığını çatdırıb. O, Hacı Muradın mumyalanmış başının Sankt-Peterburq Hərbi Tibb Akademiyasının muzeyində nümayiş etdirildiyini, Lev Tolstoyun eyni adlı romana həsr olunmuş abidəni minlərlə adamın ziyarət olunduğunu xatırladıb və vurğulayıb ki, qəhrəmanın uyuduğu qəbrə heç ildə bir nəfər belə baş çəkmir? Jurnalist xanım Mədəniyyət və Turizm Nazirliyinin diqqətinə məzarın baxımsız olduğunu və buraya diqqət ayrılmaqla turizm məkanına çevirməyin mümkün olduğunu qeyd edib.

Əməkdaşımızın xalq qəhrəmanı Hacı Muradla bağlı apardığı araşdırmanı oxucularımıza təqdim edirik.

Hazırladı: 
Şahpəri Abbasova

  
 
 
 
 
 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb